Azərbaycanda olmuş casus Norveçdə yaxalanıb - İttiham
Tarix: 24-09-2018 15:55 | Bölmə: Xəbərlər
Azərbaycanda olmuş casus Norveçdə yaxalanıb

Norveçdə 51 yaşlı Rusiya vətəndaşı olan şəxs casusluqda ittiham olunaraq saxlanılıb.

Reyting.az
saytı “Verdens Gang” nəşrinə istinadla xəbər verir ki, casusluqda ittiham olunan şəxs bundan əvvəl Azərbaycanda da olub.

Həmin şəxs ölkəyə gəlişinin səbəbini informasiya texnologiyaları seminarında iştirakını göstərib. Saxlanılan şəxsin vəkilləri onun bundan əvvəl eyni səbəblə Azərbaycanda da olduğunu ifadə ediblər.

“Rusiya vətəndaşı iştirakçılara qadağan olunan heç bir məkanda olmayıb. Və ona heç kim hər hansı qadağa qoyulımuş yerə daxil olduğunu bildirməyib”, – saxlanılan şəxsin vəkili Xeqe Aakxe bildirib.

Vəkilin sözlərinə görə, ittiham olunan şəxs hansı səbəbdən saxlanıldığını bilmir və istintaqla əməkdaşlığa razılıq verib.

Rusiya səfirliyindən onun saxta ittihamla saxlanılıdığı qeyd edilib. Eyni zamanda, bunun düşünülmüş bir addım olduğu diqqətə çatdırılıb.

Nəşrin məlumatına görə, Rusiya vətəndaşı Avropa ölkələrinin parlamentlərində informasiya texnologiyalarının istifadəsi üzrə seminarda iştirak etmək üçün Norveçə gəldiyini bildirib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}