Neftin qiyməti 100 dollara qədər artacaq - Ekspertlər
Tarix: 25-09-2018 12:27 | Bölmə: Xəbərlər
Neftin qiyməti 100 dollara qədər artacaq

Dünyanın iri neft ticarətçiləri 2018-ci ilin axırlarında neftin bir barellinin qiymətinin 80 dollara qədər bahalaşaraq 100 dollara çatacağını gözləyir.

Reyting.az
bildirir ki, “Bloomberg”in analitikləri ABŞ-ın İrana qarşı sanksiyaları fonunda belə qənaətə gəliblər.

Mercuria Energy Group Ltd.şirkətinin həmtəsisçisi Daniel Yeqqinin sözlərinə görə, 2018-ci ilin dördüncü rübündə neftin bir barellinin qiyməti 100 dolları keçə bilər. 2014-cü ilin əvvəlində də qiymətin bu səviyyədə qalacağı gözlənilir.

Trafigura Groupun həmtəsisçisi Ben Lakok isə öz növbəsində “qara qızıl”ın bir barellinin qiymətinin Yeni ildə 90 dollara, 2019-cu ilin əvvəlində isə 100 dollara çatacağını proqnozlaşdırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}