Oqtay Şirəliyevin qızı nazir vəzifəsinə təyin olunub
Tarix: 25-09-2018 21:37 | Bölmə: Xəbərlər
Oqtay Şirəliyevin qızı nazir vəzifəsinə təyin olunub

Şirəliyeva Nərmin Oqtay qızı Moskva diyarının Mədəniyyət naziri təyin edilib.

Reyting.az
saytı AzNews.az-a istinadla xəbər verir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib:

“Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Xatırladaq ki, N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.

İngilis və fransız dillərini bilir.

2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}