Ərdoğan Suriya haqqında mühüm xəbər verib
Tarix: 26-09-2018 13:15 | Bölmə: Siyasət
Ərdoğan Suriya haqqında mühüm xəbər verib

Radikal ekstremist qruplaşmalar Türkiyə və Rusiyanın Soçi razılaşması çərçivəsində Suriyanın İdlib əyalətində oktyabrın 15-də yaradılmalı demilitarizasiya edilən ərazini tərk etməyə başlayıblar.

Reyting.az
xəbər verir ki, bu haqda sentyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə müsahibəsində söyləyib.

“Ekstremist qruplaşmalar İdlibdəki demilitarizasiya zonasından çıxmağa başlayıblar”, - bunu deyən Ərdoğan qeyd edib ki, Türkiyə və Rusiya hazırda bu rayondan ağır silahların çıxarılması məsələsi ilə məşğuldur.

Onun sözlərinə görə, təxminən 50-60 min insan İdlibə qayıtmaq niyyətindədir, bu Astana prosesi və Soçi razılaşması sayəsində mümkün olub.

“Əgər bu sammitlər olmasaydı (Suriya nizamlanması üzrə Rusiya, Türkiyə və İran arasında sammit-red.) qan axıdılması davam edəcəkdi. Bu addımlar sülh və çiçəklənməyə görə bizə horizont göstərdi. Biz bu işlə Rusiya və İranla birgə məşğuluq”, - Ərdoğan vurğulayıb.

Türkiyə lideri növbəti dəfə qeyd edib ki, Bəşər Əsədin hakimiyyətdə qalması səbəbindən Suriyada tam siyasi nizamlanma mümkün deyil.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}