16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
İKT sahəsindəki fəaliyyət stimullaşdırılır
Tarix: 03-08-2017 13:54 | Bölmə: Layihə


İnformasiya Texnologiyalarının İnkişafı Fondu müxtəlif layihələrin reallaşdırılmasına yardım edir

Ölkədə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi, müasir tenologiyanın bütün sahələr üzrə tətbiqi dövlət siyasəti səviyyəsində reallaşdırılır. "Elektron hökumət"in yaradılmasından tutmuş, bütün sahələr üzrə elektronlaşmaya keçidin yüksək səviyyədə təmin olunması da buna sübutdur.

Təbii ki, bütün bunlar sistemli şəkildə həyata keçirilir. Bu siyasəti gerçəkləşdirmək, komleks şəkildə inkişaf etdirmək üçün müvafiq qurumlar da yaradılıb. Onlardan biri də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Məlumat üçün bildirək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılıb, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Fond İKT sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir. Fond dövlət təsisatıdır, sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank və xəzinə hesablarına, üzərində Azərbaycanın Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanklara malikdir.

Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsini, bu sahəyə yerli və xarici investisiyaların cəlbini, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyasını, elmi-tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksək ixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdir.

Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə, İKT sahəsində ixracyönümlü layihələri araşdırmaq, onların iqtisadi səmərəliliyini qiymətləndirmək, innovasiyayönümlü layihələri inkişaf etdirmək, maliyyə dəstəyi göstərmək və xarici investisiyalar cəlb etmək əsas şərtlərdəndir. Bndan əlavə, İKT sahəsində fəaliyyət göstərən yerli hüquqi şəxslərin xarici bazarlarda fəaliyyətinin gücləndirilməsini təmin etmək məqsədi ilə layihələrin maliyyələşdirilməsi üçün investisiyalar cəlb etmək, İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan kiçik və orta sahibkarlıq subyektləri üçün müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə Fondun vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək də qurumun fəaliyyət istiqamətlərindəndir.

Diqqətçəkən məqamlaran biri də odur ki, yerli və xarici investisiyaların cəlb olunmasına təkan vermək məqsədi ilə Azərbaycan Respublikasında İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Nizamnamə kapitalında payçı qismində iştirak etmək, ölkə iqtisadiyyatının İKT sahəsinə investisiyaların cəlb edilməsi məqsədi ilə investisiya mühitinin təhlil edilməsinə və onun təkmilləşdirilməsinə dair təkliflər vermək qurumun əsas vəzifələri sırasındadır. Eyni zamanda, Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada danışıqlar aparmaq və təkliflər vermək, İKT sahəsində yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, innovasiyaların təşviqi və stimullaşdırılma üzrə layihələri investisiya ilə təmin etmək, sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədi ilə tədbirlər həyata keçirmək də qurumun prioritetlərindəndir.

Qeyd edək ki, İKT-nin gələcək inkişafını təmin etmək məqsədi ilə müvafiq sahə üzrə texnoparkların, biznes-inkubatorların və digər innovativ infrastruktur vahidlərinin yaradılmasını və inkişafını maliyyələşdirmək də Fondun üzərinə düşür. Maraqlı məqamlardan biri də odur ki, müsabiqə əsasında İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki layihələri (startap layihələri) seçmək vacib vəzifə kimi Fondun qarşısına qoyulub. Müsabiqə əsasında seçilmiş layihələrin qrant şəklində maliyyələşdirilməsini həyata keçirmək və bu layihələrin İKT sahəsinin aşağıdakı fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmasını təmin etmək:

1. mütərəqqi proqram təminatının hazırlanması layihələri;

2. innovativ İKT məhsulları nümunələrinin hazırlanması layihələri;

3. innovativ infrastrukturun inkişafı layihələri, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması layihələri;

4. müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması layihələri;

5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələridir.

Amma vəzifələr bununla bitmir. Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək, İKT-nin inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək, Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri, müsabiqə şərtlərini və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək də əsas vəzifələrdəndir.

İKT sahəsində sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların, investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində, bazar infrastrukturunun formalaşmasında iştirak etmək, Fond tərəfindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirilmənin dayandırılması və ayrılmış vəsaitin geri qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirmək də xüsusi vəzifələrdən sayılır.

Onu da nəzərə çatdıraq ki, Fondun fəaliyyəti ilə bilavasitə əlaqədar olan konfrans, seminar, sərgi və digər bu kimi beynəlxalq və yerli tədbirləri təşkil etmək və onlarda iştirak etmək, İKT sahəsində yeni ideya və innovasiya subyektləri ilə sahibkarlar arasında əlaqələndirici rolunda çıxış etmək və bu məqsədlə sahibkarlara məsləhət-ekspert xidmətləri göstərmək, İKT sahəsi üzrə kadr hazırlığını stimullaşdırmaq, istedadlı gənclərin, gənc İKT mütəxəssislərinin və alimlərin məlumat bankını yaratmaq da hədəf kimi götürülüb. Belə ki, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək prinsipial məsələdir. Bununla yanaşı, İKT sahəsində sahibkarlığın inkişafına təkan vermək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada reklam və nəşriyyat fəaliyyəti ilə məşğul olmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək Fondun fəaliyyət istiqamətlərinin təməl prinsiplərindəndir.

Fondun vəsaitləri Azərbaycan Respublikasında İKT sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya və müsabiqə layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir. Fond layihələrin maliyyələşdirilməsinin bir sıra mexanizmlərini tətbiq edir. Onlar İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunu, müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini, innovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini həyata keçirir.

Ölkə başçısının imzaladığı Fərmana əsasən Fondun hüquqları qanunvericilikdə təsbit olunub. Belə ki, Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

- Fonda maliyyə vəsaitləri cəlb etmək və bu məqsədlə əqdlər bağlamaq;

- Fondun məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq, birgə layihələrə cəlb olunan xarici investisiyaların qorunmasına təminat vermək;

- xarici ölkələrin müvafiq dövlət qurumları, beynəlxalq maliyyə təşkilatları, investisiya fondları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, sərəncamında olan dövlət əmlakından qanuna uyğun olaraq istifadə etmək, qanuna uyğun olaraq İKT sahəsində qiymətli kağızlar əldə etmək və onları idarə etmək;

- Fondun məqsədlərinə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək, Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrdə vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədi ilə monitorinqlər aparmaq, pozuntu halları aşkar edildikdə, vəsaitin qaytarılması üçün zəruri tədbirlər görmək;

- Fondun fəaliyyətini və qrant layihələrinin mühüm nəticələrini və əhəmiyyətini ölkə daxilində və xaricdə təbliğ etmək, Fondun maliyyə dəstəyi ilə aparılan elmi-tədqiqatların müsbət nəticələrinin daxili və beynəlxalq bazarlarda reallaşdırılmasına yardım etmək, daxili və xarici investisiyaların İKT sahəsinə cəlb edilməsi və onlardan səmərəli istifadə ilə bağlı tədbirlər görmək, bu məqsədlə sərgilər və yarmarkalar təşkil etmək;

- Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək layihələrin ekspertizası üçün müstəqil mütəxəssisləri (ekspertləri) cəlb etmək.

Onu da qeyd edək ki, Fond qanunvericiliyə müvafiq olaraq mühasibat uçotunu aparır, maliyyə və statistik hesabatları aidiyyəti üzrə təqdim edir. Fond Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil və ləğv edilir. Fond ləğv edildikdə, onun əmlakının bölgüsü ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada həll edilir.

Son illər sözugedən Fond qrant müsabiqəsi çərçivəsində İKT layihələrinin qəbulunu həyata keçirir. Sonuncu müsabiqəyə təqdim olunan layihələrin qəbulu ötən ay yekunlaşıb.

Fondan verilən məlumata görə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada 172 layihə təqdim edilib. Müsabiqəyə təqdim olunmuş layihələrin prioritet istiqamətlər üzrə bölgüsü müvafiq olaraq 20, 71, 23, 22 və 36 (cəmi 172) olub. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}