00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
20:29 / 19-04-2024
Qəzza müharibəsi qloballaşır
18:35 / 19-04-2024
MKİ: “Moskva yaxınlığındakı terror aktını İŞİD təşkil edib”
18:14 / 19-04-2024
Qəzzada daha 42 nəfər dinc sakin həlak olub
18:08 / 19-04-2024
Eminemin qızı bikinidə görüntülənib
18:06 / 19-04-2024
Yaponiya süni intellektin inkişafına 475 milyon dollar ayırıb
17:57 / 19-04-2024
9 milyon manatlıq mənimsəmə... - Şirkət rəhbərinə 11 il həbs cəzası verilib
17:33 / 19-04-2024
Ağ ev Afrikada müttəfiqini itirə bilər
17:30 / 19-04-2024
İranda silsilə partlayışlar baş verib
17:27 / 19-04-2024
İranın İsrailə hücumunun əsl səbəbi bəlli olub
17:18 / 19-04-2024
Mustafayevlə Qriqoryan sərhəddə görüşüb - 4 kənd Azərbaycana qaytarılır
17:09 / 19-04-2024
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib - Fotolar
17:00 / 19-04-2024
Prezident Cinayət-Prosessual Məcəlləsində dəyişikliyi təsdiqləyib
16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
16:34 / 19-04-2024
Universitetin sözçüsü vəzifədən ayrılıb
16:19 / 19-04-2024
Abel Məhərrəmov və xanımı məhkəməyə verilib
16:00 / 19-04-2024
Ədalət Məhkəməsində Azərbaycanın tələbi ilə ictimai dinləmələr keçirilib
15:47 / 19-04-2024
Tovuzda 22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin tökərək yandırıb
15:36 / 19-04-2024
G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
15:29 / 19-04-2024
Ceyhun Bayramov Fələstinin baş naziri ilə telefonda müzakirə aparıb
15:24 / 19-04-2024
Rəsmi Berlindən İsrail və İrana çağırış olub
15:11 / 19-04-2024
Türkiyə XİN: "İran-İsrail gərginliyi daimi münaqişəyə çevrilə bilər"
14:54 / 19-04-2024
Sabiq rektora hansı cəza veriləcək? - Prorektorun qətl işi
14:22 / 19-04-2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:19 / 19-04-2024
MKİ direktorundan xəbərdarlıq: "...Ukrayna ilin sonunadək məğlub ola bilər"
13:56 / 19-04-2024
Aİ-dən İsrail və İrana çağırış: "Təmkinli olun!"
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
13:03 / 15-04-2024
Məşhur aktyor kinodan qovulub
09:07 / 15-04-2024
Puqaçova qastollardan nə qədər qazanacaq?
10:00 / 15-04-2024
Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq
15:08 / 15-04-2024
Ali məktəblərə qəbul başlayıb
23:48 / 16-04-2024
Tbilisidə polis qanuna etiraz edən 11 nəfəri saxlayıb
09:26 / 16-04-2024
Ulduz aktrisanın psixoloji problemi yaranıb - Fotolar
12:27 / 15-04-2024
Tokayev və Paşinyan İrəvanda nəyi müzakirə edəcəklər?
Azərbaycan beynəlxalq İKT tədbirlərinə ev sahibliyi edir
Tarix: 14-12-2017 14:04 | Bölmə: Layihə
Müasir texnologiyalar XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017”də təqdim olunur
Son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi ən yüksək mərhələyə keçib. Dünyanın aparıcı ölkələri və şirkətləri ilə əməkdaşlığımız bu sahədə Azərbaycanın da ön sıraya çıxmasına təkan verib.
Təsadüfi deyil ki, müasir texnologiyalar, beynəlxaql kommunikasiya vasitələri ilə bağlı dünya miqyaslı tədbirlər Azərbaycanda keçirilir. Təbii ki, bu tədbirlər ölkəmizin İKT sahəsində yeni uğurlara imza atmasına əlavə imkanlar yaradır.
Məlumat üçün bildirək ki, dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva da bu sərgi ilə tanış olublar.
“Reytinq”in xəbərinə görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib. Bildirilib ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunur.
Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə də məlumat verib. Qeyd olunub ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Gələn ildən “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan “Elektron hökumət” portalıdır. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər. “Güzəştli mənzil sistemi” artıq portala inteqrasiya olunub, burada “Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, bu il portala 40 yeni xidmət əlavə olunub. Görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanan “Danışan kitabxana”ya Heydər Əliyev Fondunun təşəbbüsü ilə 200 kitab əlavə edilib.
Sonra dövlətimizin başçısına və birinci xanıma “Baktelecom” və “Aztelekom”un il ərzində həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib. Müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da əhatə edəcək. “İctimai internet” layihəsi çərçivəsində 18 məkan pulsuz internetlə təmin olunub. Avropada bir internet provayderinin təmin etdiyi ən geniş pulsuz “Wi-Fi” zonası Bakıdadır.
Daha sonra “AzInTelecom”un beynəlxalq səs trafiki mübadiləsinin təşkili, telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması, eləcə də Regional “Data Mərkəzi”nin texniki imkanları vasitəsilə “bulud” əsaslı xidmətləri barədə məlumat verilib. Beynəlxalq səs trafikinin təşkili üçün istifadə edilən kommutasiya şəbəkəsi tam yenilənərək IP əsaslı yeni Beynəlxalq Kommutasiya Sistemi qurulub.
Yeni yaradılan xidmət mərkəzlərindən biri də “Şəbəkə”dir. Hazırda respublika üzrə 5 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, bu il 25 yaşını qeyd edən “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2017-ci ildə bir sıra işlər görülüb. “Azərbaycan poçt markalarında” adlı kitab həm yerli, həm də əcnəbi filatelistləri ölkəmizin mədəni irsi ilə tanış edir.
“Azərkosmos” ASC-nin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qurumun həyata keçirdiyi layihələr barədə məlumat verilib. 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” “Azərspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, səs, video məlumatlarının ötürülməsi və digər xidmətləri təqdim edir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC-nin yaradılmasından ötən dövr ərzində bu qurum ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.
Sərgidəki Yüksək Texnologiyalar Parkında yerli startapçılar tərəfindən hazırlanan məhsullar nümayiş olunur. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların layihələri böyük maraqla qarşılanır.
Sərgidə Virtual Cərrahiyyə barədə də məlumat verilib. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları artırılmış reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər. Üzdə aparılan rekonstruktiv cərrahi əməliyyatlara yüksək funksional və estetik tələblər qoyulur. Bu metodika nəticəsində qısa müddətə yüksək dəqiqlik, təhlükəsizlik və estetik nəticələrə nail olmaq mümkündür.
Sərgidəki “Oyun zonası”nda Yüksək Texnologiyalar Parkının biznes inkubatorunda fəaliyyət göstərən yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” oyunlarını təqdim edirlər. “Pazl xalça” oyunu Azərbaycan xalçaçılıq məktəblərinin, xalça növlərinin öyrənilməsini və tarixi dəyərlərə sevgi ruhunun aşılanmasını təbliğ edəcək. “Yüksəklik” virtual reallıq döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunu hazırlayanlar 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla işğaldan azad etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıblar.
Burada, həmçinin “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar da nümayiş olunur. Şirkət bir il ərzində qlobal bazarda auditoriyası 3 milyondan artıq olan 4 oyun istifadəyə verib.
Rusiya Federasiyası da sərgidə geniş təmsil olunur. Rusiyanın 5 şirkəti televiziya şəbəkələri və onlayn video üçün platformalar, bu sahədə müxtəlif xidmətlərini təklif edir. Bundan başqa, Rusiyanın stendində mobil şəbəkələrin optimallaşdırılması və radioölçmələr, peşəkar texniki təlimlər, eləcə də şəbəkənin idarə edilməsi və nəzarət üzrə həll variantlarının hazırlanması və tətbiqi sahəsində ixtisaslaşmış xidmətlər nümayiş olunur.
Fransa “Bakutel-2017” sərgisində 4 şirkətlə təmsil olunur. Bunlar qlobal proqram hazırlığı üzrə dünyada tanınmış şirkətlərdir. Eyni zamanda, Fransa stendlərində sənaye üçün qabaqcıl texnologiyalar, batareyaların hazırlanması və quraşdırılması, həmçinin yaşayış və qeyri-yaşayış binaları, məlumat mərkəzləri, ofis məkanları üçün şəbəkə avadanlığı və müşahidə sistemləri təqdim olunur. Bu ölkənin şirkətləri alıcılara təhlükəsiz mobil rabitə həlləri, iOS və Android telefonlarının zənglərini, mobil məlumat axınlarını, mesajların, elektron və poçt mübadiləsini şifrələyən sistemlərini təklif edir.
“Bakutel-2017” sərgisində iştirak edən ölkələr arasında Sloveniya da var. Bu ölkə 10 ildən artıqdır ki, “Bakutel” sərgisində iştirak edir. Sloveniya pavilyonunda İKT avadanlıqları, yeni texnologiyalar nümayiş olunur. Stendlərdə rabitə, dəmir yolu, energetika, təhlükəsizlik sahələrində İKT məhsulları barədə məlumat verilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının pavilyonuna da baə çəkiblər. Məlum olub ki, Türkiyə digər sərgilərdə olduğu kimi, “Bakutel-2017”də də geniş təmsil olunur. Qardaş ölkənin ümumilikdə 4 aparıcı şirkəti burada məhsullarını təqdim edir. Bu məhsullar arasında peyk sistemləri, rabitə, mobil və milli poçt operatorlarının xidmətləri yer alır. Türkiyə bu sərgiyə böyük maraq göstərir və hər il şirkətlərin təklif etdiyi xidmət və məhsulların çeşidi artır.
Kanada artıq 8 ildir ki, “Bakutel” sərgisində təmsil olunur. Budəfəki sərgidə Kanadanın 5 şirkəti simsiz, məlumat və sabit kommunikasiya şəbəkələri, telekommunikasiya cihazları ilə bağlı məhsullarını nümayiş etdirir.
“Bakutel-2017”nin fəal iştirakçıları arasında İran İslam Respublikası da var. İranın 9 şirkəti sərgidə intellektual məhsullarını nümayiş etdirir. Yüksək səviyyəli bu məhsullar böyük maraqla qarşılanır. Burada əsasan “startap” layihələri barədə məlumat verilir. İran şirkətlərinin də “Bakutel” sərgisinə marağı ildən-ilə artır.
Gürcüstanın 4 şirkəti “Bakutel-2017”də məhsullarını təqdim edir. Bu şirkətlər inşaat sənayesi üçün innovativ platformalar və İKT layihələri, “startap” və interaktiv dil öyrənmək üçün tətbiq ilə bağlı məhsullarını nümayiş etdirir.
İtaliya-Azərbaycan Ticarət Palatasının da sərgidə stendi var. Burada telekommunikasiya, naviqasiya, Yerin fəzadan müşahidəsi, ətraf mühitin idarə edilməsi, kəşfiyyat, elm və orbital infrastrukturlar üçün yüksək texnologiyalar üzrə həllər sahəsində 40 illik təcrübəsi olan İtaliya şirkəti məhsullarını nümayiş etdirir. Şirkət ölkəmizlə İKT sahəsində əməkdaşlıqda maraqlıdır.
Xorvatiya da “Bakutel” sərgisinə böyük maraq göstərir. Sərgidə bu ölkənin 5 şirkəti bulud və üztanıma texnologiyaları, mehmanxanalar, səhiyyə müəssisələri, aviasiya sənayesinin idarə edilməsi üçün proqram təminatı təqdim edir.
Birləşmiş Ərəb Əmirliklərinin stendində İT aktivlərinin ömrünü uzatmağa imkan verən məlumat mərkəzləri üçün texniki xidmətlər təklif olunur. Burada, həmçinin video, audio və məlumat siqnallarının qəbulu və yayılması üzrə texnologiyalar maraqla qarşılanır.
“Bestcomp” Cənubi Qafqaz və Orta Asiyanın İKT üzrə aparıcı şirkətidir. 2017-ci ildə şirkət ABŞ-ın Çikaqo şəhərində ilin ən yaxşı tərəfdaşı seçilib. Sərgidə şirkətə məxsus innovativ həllər nümayiş etdirilir. Həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan “Htech İnvest” şirkətinin Azərbaycanda istehsal etdiyi “Acer” kompüterləri təqdim olunur.
Sərgidə iştirak edən “AzQtel” MMC Azərbaycanda 4G texnologiyası əsasında genişzolaqlı mobil internet xidməti göstərən operatordur. “Sazz” internet brendi ilə tanınan şirkət ölkənin ən böyük internet provayderlərindən biridir. Abşeron yarımadasında, eləcə də digər şəhərlərdə simsiz, limitsiz və yüksək sürətli internet təqdim etmək məqsədilə şirkət sərgidə ən son texnologiyaları nümayiş etdirir.
“Huawei” şirkəti Azərbaycan bazarına 2002-ci ildə daxil olub. 2004-cü ildə şirkətin ölkəmizdə nümayəndəliyi, 2011-ci ildə isə filialı təsis edilib. “Huawei” hər zaman İKT sənayesinin inkişafını təbliğ etməyi, ticarət və mədəniyyət əlaqələri mövzusunda yardımçı olmağı qarşısına məqsəd qoyub. İndiyədək şirkət Azərbaycandakı bütün əsas telekommunikasiya operatorları ilə əməkdaşlıq qurub və əhalinin təxminən yarısını əhatə edən telekommunikasiya şəbəkəsi yaradıb.
“Nokia” şirkəti də “Bakutel-2017” sərgisində təmsil olunur. Şirkət bütün dünyanı birləşdirən texnologiyalar hazırlayır və “Nokia Bell” laboratoriyalarının tədqiqat və innovasiyasından istifadə edərək xidməti provayderlərini, iri müəssisələr və istehsalçıları ən mükəmməl və fasiləsiz İKT xidmətləri ilə təmin edir.
Dövlətimizin başçısı “Microsoft” korporasiyasının stendi ilə də tanış olub. “Microsoft” 1975-ci ildə təsis olunub və proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server əlaqələri üçün server tətbiqləri var. Şirkət ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır