16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır
Tarix: 12-02-2018 22:01 | Bölmə: Layihə
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Həyata keçirilməsi planlaşdırılan Təhsil İslahatı Proqramı çərçivəsində bir çox layihələr reallaşdırılıb

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafının ən böyük töhfə verdiyi sahələrdən biri də təhsildir. Təhsildə yeni texnologiyanın tətbiqi həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də gənc nəslə İKT-nin mənimsənilməsi üçün şərait yaradır.

Təbii ki, təhsilin elektronlaşdırılması ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi Dövlət Proqramı bu sahədə ciddi dönüş yaradıb. Proqramın icrası dönəmində paytaxtdan tutmuş bölgələrə qədər bir çox məktəblərdə müasir texnoloji vasitələr quraşdırılıb. Artıq elə bir məktəb yoxdur ki, orada şagirdlərin istifadəsində kompüter otağı olmasın, internet şəbəkəsi quraşdırılmasın. Paytaxt məktəblərinin əksəriyyətində isə tədris prosesinin elektronlaşdırılmasının yüksək mərhələsi başlayıb.

Müsbət məqamlardan biri də odur ki, elektron təhsilə bağlı olan nazirlikdən kənar təşkilatlar da bu işlə məşğul olur və bu sahədə öz töhfələrini verirlər. Onlardan biri də ITE əlavə təhsil mərkəzidir. ITE (Innovative Technologies in Education-Təhsildə İnnovativ Texnologiyalar) təhsil mərkəzi 2012-ci ildə təsis edilib. Mərkəzin şüarı kadr potensialının gücləndirilməsi vasitəsilə təhsilin transformasiyası və inkişafıdır. Bu mərkəz təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olur. ITE tədris prosesində tamamilə yeni yanaşmalar tətbiq etməyi hədəfləyib, təhsil, informasiya texnologiyaları və iqtisadi inkişaf sahələrində fəaliyyət göstərir. Əsas prinsipləri əhatəli yanaşma, beynəlxalq təcrübə və səmərəli tərəfdaşlığı cari fəaliyyətində tətbiq etməkdir. “Hədəfimiz etibarlı bilik və innovasiya mərkəzi, ekspert, peşəkar məsləhətçi və şəffaf tərəfdaş olmaqdır. ITE əlavə təhsil mərkəzi icra etdiyi proqramların əsas benefisiarı olan təhsilverənlərin peşəkar inkişafına böyük əhəmiyyət verir və qarşılıqlı faydalı əməkdaşlığı olduqca zəruri sayır”,- deyə ITE-dən bildiriblər.

ITE fəaliyyətə başladığı andan səmərəli beynəlxalq əməkdaşlıq təcrübəsindən və ekspertlər şəbəkəsindən faydalanaraq təhsil sahəsində öz həllərini təqdim edir.

Pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətini daha da genişləndirmək məqsədilə ITE öz təlim mərkəzini təsis edib. Müxtəlif sahələri əhatə edən və mütəmadi olaraq yenilənən təlimlər və yeni təlim paketləri pedaqoji heyətin diqqətinə çatdırılır. Hazırda mərkəzdə ilkin, orta və yüksək səviyyəli təlimlərdən yararlanmaq olar. Bundan əlavə, kurikulum üzrə müasir dərslərin hazırlanması və qiymətləndirilməsi, fənn kurikulumun tətbiqi, tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə üçün də imkanlar var.

Qeyd edək ki, ITE əlavə təhsil mərkəzinə müraciət etməyiniz üçün üç başlıca səbəb var:

Birincisi, böyük və peşəkar təlimçi bazası. ITE Azərbaycanda 100-dən çox peşəkar təlimçinin daxil olduğu geniş şəbəkə bazasında fəaliyyət göstərən təhsil mərkəzidir. Bütün ITE təlimçiləri pedaqoji təcrübəyə və müvafiq sertifikatlara malikdirlər. ITE-nin təlimçi şəbəkəsi Azərbaycanın bütün rayonlarını əhatə edir. Bu üstünlük onlar üçün əlavə təhsil xidmətlərini əlçatan və yüksək səviyyədə təşkil etmək imkanı yaradır.

İkincisi, beynəlxalq təcrübə və yeni tədris texnologiyalarından istifadədir. ITE Azərbaycan təhsil bazarında fəaliyyət göstərən, beynəlxalq təcrübə və yeni tədris texnologiyaları tətbiq edərək, təlim paketləri tərtib edən və peşəkar formatda təlimlər keçirən əlavə təhsil mərkəzidir.

Üçüncüsü, aparıcı yerli və beynəlxalq qurumlarla əməkdaşlıq. ITE Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dünya Bankı, UNESCO, “Microsoft”, “Intel” kimi aparıcı yerli və beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Təlimlərin nəticəsi olaraq, pedaqoji heyət əldə edəcəyi bacarıq və vərdişlər əsasında tədris prosesində aşağıda qeyd edilən dəyişikliklərə nail olur:

Tədris prosesinin fərdiləşdirilməsi;

Şagirdlərin müstəqil fəaliyyətinin intensivləşdirilməsi;

Şagirdlərə 21-ci əsr bacarıqlarının aşılanması, o cümlədən sərbəst düşünmək, problemləri həll etmək, kollektivdə işləmək, yeni ideyalar yaratmaq, informasiyadan, texnika və texnologiyadan düzgün istifadə vərdişlərinin formalaşdırılması;

21-ci əsrin tələblərinə uyğun dərslərin hazırlanması;

Təhsildə informasiyanın və yeni təlim metodlarının İKT-nin tətbiqilə öyrədilməsi;

Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması;

Tədris prosesinin daha maraqlı, rəngarəng və intensiv olması;

Müəllimlər üçün əlverişli və faydalı olan yeni təlim-tədris metod, texnika və üsulları araşdırmaq və tətbiq etmək imkanlarının yaradılması;

Şagirdləri həvəsləndirmək, düzgün inkişafı üçün zəruri olan üsulların mənimsənilməsi;

Müəllimlərin peşəkar inkişafı üçün imkanların yaradılması.

Onu da qeyd edək ki, İTE əlavə təhsil mərkəzi təhsil verənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının formalaşdırılmasına dəstək sahəsində xidmət göstərir. "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzinin missiyası təhsilalanlara dəstək olaraq təhsil verənlərin potensialının artırılması və siyasətin formalaşdırılmasını dəstəkləməkdir.

İTE əyani, onlayn və çevik tədris texnologiyaları vasitəsilə təhsil xidmətlərinin geniş spektrini təqdim edir. İTE əlavə təhsil mərkəzi fəaliyyətə başladığı andan səmərəli beynəlxalq əməkdaşlıq resurslarından və ekspert şəbəkəsindən faydalanaraq təhsil həllərini inkişaf etdirir. ITE əməkdaşlıq üçün açıqdır. Təqdim edilən hədəflərə, məqsədlərə çatmaq, yüksək keyfiyyətli xidmətlər təqdim etmək amalı əsas götürülür. Mərkəz bəyan edir ki, onlarla birlikdə yeni zirvələrə doğru addımlamağa hazır olan hökumət strukturları, özəl qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdırlar.

Hazırda mərkəzin tərəfdaşları sırasına Azərbaycan Respublikası Təhsil Nazirliyi, “World Bank”, “AzEduNet”, “Microsoft”, “Intel” və “Edumedia” kimi qurumlar daxildir.

Mərkəzdən verilən məlumata görə, hazırda məktəblər və müəllimlər şagirdləri indiki dövrdə rahat yaşamaları üçün müasir həyata hazırlamalıdırlar. Bu məqsədlə də şagirdlərdə müasir bacarıqlar, sərbəst düşünmə tərzi və məqsədə çatmaq üçün müasir texnika və texnologiyadan düzgün istifadə bacarıqları inkişaf etdirilməlidir. Elə bu baxımdan, pedaqoji heyətin İKT savadlılığının artırılmasına yönəlmiş təlimlərin böyük əhəmiyyəti vardır. Belə təlimlərin keçirilməsində məqsəd, fənn kurikulumlarının tətbiqinin effektivliyini yüksəltmək üçün müəllimlərin nəzəri və praktik bacarıqlarının, həmçinin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasıdır.

Təlimə müraciət edən pedaqoji heyətin ilkin səviyyəsi müəyyənləşdirildikdən sonra onların ehtiyacına və İKT-dən istifadə bacarığına uyğun olaraq I (ilkin), II (orta) və ya III (yüksək) səviyyə təlim paketi təqdim olunur. Bu təlimlərdən əlavə müəllimlər üçün elektron məktəb, Promethean interaktiv lövhələrdən istifadə təlimləri də təklif edilir.

Bu təlimlər boyu pedaqoji heyət məktəblərdə mövcud olan informasiya texnologiyalarından istifadə bacarığına yiyələnir, fəal təlim mühitində tədris prosesini daha maraqlı və şagirdlərin maraqlarına uyğun qurulması üçün kompüterin tətbiqi proqramları və resursların hazırlanması üçün faydalı ola biləcək digər proqramlarından istifadə etməyi öyrənir, eyni zamanda internetin tədrisdə imkanları və Veb 2.0 alətləri ilə tanış olurlar.

Təlimlərin sonunda müəllimlər informasiya texnologiyalarından istifadə etməklə 21-ci əsrin tələblərinə uyğun dərslər quraraq, şagirdlərin tədris prosesinə olan maraqlarını daha da artırmağa, onlarda müasir kompetensiyalar formalaşdırmağa nail olacaqlar.

İKT üzrə təqdim olunan təlimlər zamanı müəllimlər aşağıdakı bacarıqlara yiyələnir:

• Təhsildə informasiya və kommunikasiya texnologiyalarından məqsədəuyğun istifadə

• Dərsləri şagirdlərin maraq və təlabatına uyğun qurmaq bacarığı

• Promethean interaktiv lövhənin Activinspire proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə bacarığı

• Əməliyyat sistemləri ilə tanışlıq, Əməliyyat sisteminin standart proqramlarından istifadə etməklə kompüterdən səmərəli istifadə vərdişləri

• Elektron testlərin, cədvəllərin iş vərəqlərinin, təqdimatların hazırlanma mexanizmlərini öyrənərək İKT-nin təhsilə tətbiqi və eyni zamanda vaxta qənaət

• Sertifikatlar, broşurlar, diplomlar hazırlama bacarıqlarını mənimsəyərək şagirdləri stimullaşdırmaq imkanı

• Elektron poçt xidmətindən istifadə

• Fənlər üzrə müxtəlif interaktiv elektorn resursların hazırlanması.

Bundan əlavə, müəllimlərin peşəkar inkişafı və kurikulum təlimləri də təşkil olunur. Belə ki, müəllimlərin davamlı peşəkar inkişafı ilə məşğul olan müəssisə kimi, İTE əlavə təhsil mərkəzi daim müəllimlərin peşəkar inkişaf ehtiyaclarını qiymətləndirir, beynəlxalq kontekstdə mövcud və cərəyan edən innovasiyaları öyrənir və müvafiq adaptasiyadan sonra Azərbaycana gətirir. Azərbaycanın təhsil siyasətinə dəstək göstərən təhsil mərkəzinin peşəkar komandası səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, kurikulumların inkişafı, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsində geniş təcrübəyə malikdir. İTE təhsilverənlərə müasir tədris metodlarının öyrədilməsi istiqamətində qabaqcıl dünya təcrübəsinin araşdırılması, tədqiqatların aparılması, təhlil olunmasında geniş miqyaslı fəaliyyətlər həyata keçirməklə Təhsil İslahatı Proqramını (TİP) dəstəkləyir. Beynəlxalq təcrübəni yerli təhsil şəraitinə uyğunlaşdırmaqla professional məsləhətçi xidmətləri təklif edən ITE müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması üzrə ekspertiza sahəsində də fəaliyyət göstərir. Müəllimlərin peşəkar inkişafı istiqaməti üzrə təklif olunan təlimlərin yekununda pedaqoji heyət tədrisə daha yaradıcı yanaşmağı öyrənir, layihə metodikasını mənimsəyir və şagirdlərdə yüksək düşüncə vərdişlərinin formalaşdırılması vasitələri ilə tanış olurlar. 2009-2016-cı illərdə həyata keçirilməsi planlaşdırılan Təhsil İslahatı Proqramı (TİP) çərçivəsində Azərbaycanda bir çox layihələr reallaşdırılıb. Ümumi təhsil üzrə kurikulumun icrasına dəstək və kurikulum islahatlarının davam etdirilməsi istiqamətində müəllimlər, şagirdlər və təhsil rəhbərləri ibtidai və orta təhsildə yeni kurikulumun icrasına uğurla cəlb edilib, yeni təlim materialları hazırlanıb, məktəb kitabxanaları inkişaf etdirilib. Şagirdlərin maraq və tələbatına uyğun fəal təlim mühitinin təşkil olunması və beynəlxalq təcrübəyə əsaslanan yeni dərs modellərinin qurulması müasir kurikulumun əsas tələblərindəndir. Kurikulum və qiymətləndirmə istiqaməti üzrə təklif olunan təlimlərin yekununda müəllimlər ən yeni kurikulum strukturunu və tərkibini, müasir qiymətləndirmənin əsaslarını və onun ənənəvi qiymətləndirmədən fərqini öyrənir.

Qeyd edək ki, "İTE-Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb. Təlim iştirakçılarına təlimin yekununda kursu müvəffəqiyyətlə bitirmələrini təsdiq edən sertifikat da təqdim olunur.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}