14:20 / 25-04-2024
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
14:16 / 25-04-2024
İsrail daha 12 fələstinlini həbs edib
14:06 / 25-04-2024
Qəzzada ölənlərin sayı artıb
13:59 / 25-04-2024
Rusiya XİN: "Sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"
13:47 / 25-04-2024
"Yüksəliş" müsabiqəsi: "Ümumi biliklər imtahanı"nın nəticələri açıqlanıb
13:34 / 25-04-2024
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib (Yenilənib) - Yenilənib
13:03 / 25-04-2024
Baş Prokuroluq mediaya çağırış edib
12:59 / 25-04-2024
Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək
12:40 / 25-04-2024
Nüşabə Sadıxlı: "İsa Qəmbər hələ qərarını açıqlamayıb"
12:39 / 25-04-2024
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
12:25 / 25-04-2024
Bakıda üç məktəbin direktoru cəzalandırılıb
12:10 / 25-04-2024
Sabahın hava proqnozu açıqlanıb
12:09 / 25-04-2024
Səudiyyə Ərəbistanının kralı xəstəxanadan evə buraxılılb
11:59 / 25-04-2024
Naxçıvan Baş naziri vəzifəsindən azad olunub - Təyinat
11:03 / 25-04-2024
İordan çayının qərb sahilində gərginlik böyüyür
10:56 / 25-04-2024
Daha bir direktor vəzifədən azad edilib
10:48 / 25-04-2024
Fatih Terimin komandası darmadağınla uduzub
10:32 / 25-04-2024
Komanda-qərargah təlimləri keçirilib - Video
10:27 / 25-04-2024
Aprelin 28-də 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:21 / 25-04-2024
Mayın 1-dən balıq ovu qadağan olunacaq
09:52 / 25-04-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:43 / 25-04-2024
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
09:40 / 25-04-2024
Türkiyədə daha 23 İŞİD üzvləri saxlanılıb
07:58 / 25-04-2024
Çin “TikTok”un qadağasına qarşı çıxır
07:52 / 25-04-2024
ABŞ rusiyalıların Meksikaya getməsinə mane olur
07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
07:39 / 25-04-2024
Tramp: “Bayden yəhudilərə nifrət edir”
07:34 / 25-04-2024
Fransızların ardınca amerikalılar...
07:31 / 25-04-2024
Yanacaqsız işləyən kosmik mühərrik icad edilib
07:03 / 25-04-2024
Macarıstanın xarici işlər və ticarət naziri Bakıya gəlib
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
İKT üçün yeni tədbirlər planı var
Tarix: 30-07-2018 13:35 | Bölmə: Layihə / Xəbərlər
Azərbaycan “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə hədəfə çatır
oAzərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, informasiyalı cəmiyyətin təkmilləşdirilməsi dövlətin prioritet hədəflərindəndir. Bu səbəbdən bütün strateji proqramlarda İKT-nin inkişafı yönündə tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulur. “Telekommunikasiya və İnformasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" üzrə tədbirlər planında da bu istiqamətdə önəmli nailiyyətlər eldə edilib.
Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilən tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 47 faizinin icrası tamamlanıb, 28 faizi qismən icra edilib, 25 faizi isə icra edilməyib.
Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli “Reytinq”ə bildirib ki, adıçəkilən Strateji Yol Xəritəsi üzrə icra səviyyəsi ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların müsbət təsirlərinin telekommunikasiya sektorunda davamlı inkişafını təmin etdiyini bir daha göstərir.
Nicat Əsədli əlavə edib ki, 2017-ci il ərzində "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin ilk hədəfi – idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi üzrə tam icra 6 faiz, qismən icra 56 faiz səviyyəsində təmin olunub. Bu hədəf üzrə telekommunikasiya sektorunda tənzimləyici qurumun yaradılması, telekommunikasiya bazarının liberallaşdırılması və mobil infrastruktura investisiyaların qoyuluşu istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Telekommunikasiya sektorunda uğurlu nəticələrəldə edən ölkələrin təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanları ilə bağlı bir sıra araşdırmalar aparılıb. TASİM layihəsinin reallaşdırılması məqsədilə fəaliyyətlər davam etdirilib.
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ikinci hədəf – Sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması üzrə icra səviyyəsi belə olub:
71 faiz tam icra, 17 faiz qismən icra və 12 faiz icra edilməyib. Ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə beynəlxalq məsləhətçilər cəlb edilib. Rəqəmsal ödənişlər üzrə milli strategiya və cari ödəniş ekosistemi, nağd ödənişlərə təkan verən makro/mikro amillər, nağd puldan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar araşdırılmaqla, rəqəmsal ödənişlərin genişləndirilməsinə dair proqram, eGov 2.0 versiyasında mobil hökumət (mGov) konsepsiya layihəsi, "Hökumət Bulud"un (G-Cloud) yaradılması barədə layihə hazırlanıb. Rəqəmsal təhsilin inkişafı üzrə islahat istiqamətlərinin təhlili əsasında təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə proqram layihəsi təqdim edilib.
"Elektron məktəb" layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib.
Layihə çərçivəsində pedaqoji heyətin hazırlığı, İKT infrastrukturunun inkişaf etdirilməsi, Elektron Məktəb İdarəetmə Proqramı və Valideyn Nəzarət Sistemi, elektron tədris resursları istiqamətləri üzrə tədbirlər həyata keçirilib. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft vəSənaye Universitetində İKT akademiyalarının qurulmasına başlanılıb.
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində üçüncü hədəf – Hökumətin və sosial mühitin rəqəmsallaşdırılması üzrə tam icra 17 faiz, qismən icra 17 faiz olub, 66 faiz tədbir icra edilməyib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizin icra edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət vəSosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 75 faiz, Təhsil Nazirliyi 68 faiz, İqtisadiyyat Nazirliyi 65 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 52 faiz, Xarici İşlər Nazirliyi 50 faiz, Səhiyyə Nazirliyi 33 faizlik icra göstəricilərinə malikdirlər.
Avadanlıq istehsalı artıb
Qeyd edək ki, bu ilin ötən dövrü ərzində ölkədə İKT-nin inkişafı, müasir texnologiyaların istehsalı istiqamətində də irəliləyişlərə nail olunub. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 147,2 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 10,6 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 84,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 4,1 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,7 dəfə artıb, məişət soyuducularının istehsalı 36,9 faiz azalıb.
2018-ci ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 865,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb. Dövlət Statistika Komitəsindən bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 48,5 faizi və ya 419,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
20 mindən çox “E-imza” sertifikatı…
Bundan əlavə, cari ilin birinci yarısında 20 mindən çox “E-imza” sertifikatı istifadəyə verilib. Bu, ötən ilin müvafiq dövrü iləmüqayisədə təxminən 2 dəfə çoxdur. Ölkədə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub. Bu sertifikatlardan 6 780-i dövlət qurumlarının, 4 542-i fiziki şəxslərin, 9 132-i isə hüquqi şəxslərin payına düşür.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3 440, hüquqi şəxslər üzrə 4 560, fiziki şəxslər üzrə 1 580) olub.
İstifadəyə verildiyi gündən cari ilin iyulun 1-nə olan statistikaya əsasən, ümumilikdə 146 874 “E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.
Son bir ayda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı isə 2 mindən çoxdur. Belə ki, bu ilin iyun ayında verilən 2 184 “E-imza” sertifikatının 820-i dövlət qurumlarının, 1 084-ü hüquqi şəxslərin, 280-i isə fiziki şəxslərin payına düşüb. Sözsüz ki, “E-imza” istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 28 869 002, hüquqi və fiziki şəxslər tərəfindən 8 435 955 olmaqla, ümumilikdə 37 304 957 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 7 433 407 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 20 faizi deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 5 663 144, hüquqi vəfiziki şəxslərin payına isə toplam 1 770 263 autentifikasiya vəelektron imza əməliyyatı düşüb.
“E-imza” - virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur. “E-imza”nın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması, informasiyanın təsdiq edilməsi və elektron sertifikat vasitəsilə elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
“Simsiz rabitə” qurulur
Müsbət məqamlardan biri də odur ki, ölkədə internet şəbəkəsinin genişləndirilməsi üçün də davamlı iş aparılır. Belə ki, “Baktelecom” yay mövsümü ilə əlaqədar paytaxt sakinlərinin Bakıətrafı ərazilərə axınını nəzərə alaraq "Simsiz rabitə" şəbəkəsinin (LTE – Long Term Evolution) əhatə dairəsini genişləndirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yeni stansiyaların qurulması paytaxtətrafı kəndlərdə və yaşayış massivlərində keyfiyyətli telekommunikasiya xidmətləri ilə təminata imkan yaradır.
Əsas üstünlük “Baktelecom”un məhdud infrastrukturlu ərazilərdə kabel xətlərindən asılılıq olmadan 100 meqabayt/saniyə qədər məlumat ötürmə sürəti, hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət və müştəri seçimi üçün sərfəli tariflər təqdim etməsidir. “Simsiz rabitə” xidmətinə qoşulmaq istəyən müştərilər simsiz şəbəkəni dəstəkləyən və yüksək keyfiyyəti ilə seçilən xüsusi avadanlıqlar əldə etməlidirlər. Bu qəbuledici cihazlar baza stansiyalarından ötürülən siqnalı stabil saxlamaq və tam həcmdə ötürmək imkanına malikdir. Simsiz rabitə xidmətinə qoşulma isə “Baktelecom” əməkdaşları tərəfindən pulsuz həyata keçirilir.
Məlumat üçün bildirək ki, “Baktelecom” uzun zaman telefon çəkilişi mümkün olmayan ərazilərdə, Maştağa, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar, Biləcəri, Zirə, Türkan, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsində simsiz şəbəkəni uğurla istifadəyə verib.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:03
Baş Prokuroluq mediaya çağırış edib
Bu gün, 12:39
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
Bu gün, 12:25
Bakıda üç məktəbin direktoru cəzalandırılıb
Bu gün, 11:03
İordan çayının qərb sahilində gərginlik böyüyür
Bu gün, 09:52
Xankəndidə yenə silah-sursat tapılıb
Bu gün, 07:39
Tramp: “Bayden yəhudilərə nifrət edir”
Bu gün, 07:34
Fransızların ardınca amerikalılar...
Dünən, 19:16
“Su-35”-lər "Patriot"-u aldada bilir
Dünən, 17:04
Keçmiş nazirin meyiti tapılıb
Dünən, 16:26
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
Dünən, 14:30
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Dünən, 13:00
Prezident generalı təltif edib - Sərəncam
Dünən, 10:23
Xankəndidə yenə silah-sursat tapılıb
Dünən, 08:46
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
Dünən, 08:37
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
Dünən, 08:23
Pekin taykonavtların adını açıqlayıb
Dünən, 08:20
Argentina iranlı nazirin həbsini tələb edir
Dünən, 08:11
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
Dünən, 00:08
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
23-04-2024, 23:09
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23-04-2024, 18:05
Makron Zelenskiyə yalan vədlər verib
23-04-2024, 16:14
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
23-04-2024, 14:37
Astara sakini 51 kq narkotiklə tutulub
23-04-2024, 12:11
Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:10
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
23-04-2024, 10:04
Xankəndidə silah-sursat aşkarlanıb
23-04-2024, 09:54
Azərbaycan ərazisində zəlzələ olub
23-04-2024, 00:05
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
22-04-2024, 23:33
Sülhməramlılar Qarabağdan Ermənistana gedir
22-04-2024, 21:32
Ruslar Xarkovdakı teleqülləni dağıdıb - Foto
22-04-2024, 20:55
Əliyevlə Putin birgə nahar ediblər
22-04-2024, 15:08
Ukrayna daha 250 min şəxsi səfərbər etməlidir
22-04-2024, 13:26
Rusiya Çin liderini Kazan şəhərində gözləyir
22-04-2024, 09:53
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
22-04-2024, 09:12
Trampa kimlər mane olur? - Sorğu
22-04-2024, 00:45
Türkiyədə yenə zəlzələ olub
21-04-2024, 17:46
İran prezidenti Pakistana gedir
20-04-2024, 22:20
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
20-04-2024, 14:33
Moskvada azərbaycanlı iş adamı öldürülüb
20-04-2024, 13:13
Müğənni Cavanşir Məmmədov vəfat edib
20-04-2024, 10:21
Qazaxlı Alikin oğlunun məhkəməsi başlayır
19-04-2024, 21:22
Buraxılış imtahanının nəticələri elan olunub
19-04-2024, 16:19
Abel Məhərrəmov və xanımı məhkəməyə verilib
19-04-2024, 14:22
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19-04-2024, 13:56
Aİ-dən İsrail və İrana çağırış: "Təmkinli olun!"
19-04-2024, 13:15
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
19-04-2024, 13:12
Bu şəxslər pensiyaya daha tez çıxacaq - Qanun dəyişib
19-04-2024, 11:52
BDU tələbəsi intihar edib
22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır