00:15 / 24-04-2024
Mafiya başçısı bir ölkədən digərinə qaçıb
00:13 / 24-04-2024
Toyun qızğın vaxtında gəlini qaçırmaq istəyiblər
00:11 / 24-04-2024
İrana qarşı sanksiya siyahısı genişləndirilib
00:08 / 24-04-2024
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
00:06 / 24-04-2024
Ukraynada partlayışlar baş verib
23:09 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
21:43 / 23-04-2024
Xankəndidə avtomat silah gizlədən şəxs tutulub - Foto
19:22 / 23-04-2024
Rusiyanın reaktiv raket daşıyıcısı Qərb raketlərini üstələyir
18:35 / 23-04-2024
Rusiyada sosial iğtişaşlar başlaya bilər
18:14 / 23-04-2024
Polad daşıyan gəmi körpüyə çırpıldıqdan sonra batıb
18:05 / 23-04-2024
Makron Zelenskiyə yalan vədlər verib
18:05 / 23-04-2024
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
17:51 / 23-04-2024
Avropa İttifaqı Çini hədələyir
17:33 / 23-04-2024
Ukraynaya göndəriləcək hərbi yardımın böyük hissəsi Avropadadır
17:27 / 23-04-2024
“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na dəyişiklik edilib
17:14 / 23-04-2024
Paşinyan Ermənistan-Azərbaycan arasında ilk sərhəd dirəyinin fotosunu paylaşıb - Foto
17:07 / 23-04-2024
“Space”ə qalib gələn aparıcı geri dönüb: "Vado Korovinin kanala rəhbərlik edəcəyi bəlli deyil"
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
16:50 / 23-04-2024
Nazirlər Kabineti polis və ya prokurorluğa çağırış qaydasına dəyişikliyi təsdiqləyib
16:23 / 23-04-2024
Dövlət başçısı: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır"
16:14 / 23-04-2024
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
16:10 / 23-04-2024
Azərbaycan-Ermənistan sərhədinin koordinatları dəqiqləşdirilir - Yenilənib
15:53 / 23-04-2024
Prezident: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
15:18 / 23-04-2024
60 milyard dollar yardım Ukraynanı tam qələbəyə aparmayacaq
15:10 / 23-04-2024
Azadlıq Partiyası ləğv olunub? - Açıqlama
15:00 / 23-04-2024
Vüqar Səfərli ilə sabiq icra baçısı əfv üçün müraciət edib
14:57 / 23-04-2024
Ceyhun Bayramov Çexiya baş naziri ilə görüşüb
14:46 / 23-04-2024
Prezidentdən Avrasiya İqtisadi Birliyi barədə açıqlama: "Ermənistan istisna olmaqla..."
14:37 / 23-04-2024
Astara sakini 51 kq narkotiklə tutulub
14:12 / 23-04-2024
İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişir
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
Tarix: 01-09-2018 00:13 | Bölmə: Layihə
Telekommunikasiya, poçt, startap layihələri və startap ekosistemin inkişafı ilə bağlı razılıq əldə olunub
Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi nailiyyətlər artıq ölkə sərhədlərindən kənara çıxıb. Bir neçə il öncəyə qədər Azərbaycan bu sahədə yalnız idxalçı ölkə kimi qəbul olunurdusa, artıq ölkəmiz həm elmi, həm istehsalat, həm də informasiya cəmiyyətinin inkişafı ilə bağlı kifayət qədər uğur qazanıb. Bunun nəticəsidir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərar tutub.
Belə ki, “Clarivate Analytics” (əvvəllər “Thomson Reuters”) Agentliyinin 2017-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən, Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 1.333-dən qalxaraq 2.365-ə bərabər olub.
Jurnalın həmbaş redaktoru akademik Fikrət Əliyev bildirib ki, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” Agentliyinin genişləndirilmiş siyahısında yer alıb.
Qeyd edək ki, jurnal bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. Jurnalın bu günədək 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan cox ölkəsini təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.
Nəqliyyat və telekommunikasiya əməkdaşlığı
Azərbaycan nəqliyyat və telekommunikasiya sahəsində müxtəlif ölkələrlə əməkdaşlıq edir və bunun nəticəsində müasir texnologiya sahəsində daha da inkişafa nail olunur. Belə ki, İran İslam Respublikasının Tehran şəhərində keçirilən 24-cü Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (ELECOMP) sərgisində ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sərgidə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın İKT ilə məşğul olan şirkətləri iştirak edib. Bir sıra yerli İKT şirkətləri ölkəmizə məxsus Milli Pavilyonda öz məhsullarını nümayiş etdiriblər.
İrana səfəri çərçivəsində nazir Ramin Quluzadə İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb. İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşdə sərhədyanı ərazilərdə mobil şəbəkələrin, radio və televiziyaların birgə radiomonitorinqi, qanunsuz trafikin ötürülməsinin qarşısının alınması sahəsində əməkdaşlıq, yayım kanallarının koordinasiyası, interferensiya hallarının qarşısının alınması məqsədilə tezlik resurslarının koordinasiya məsələləri müzakirə olunub. Qərar verilib ki, bu sahədə əməkdaşlıq üçün birgə komissiya yaradılsın.
İranın yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə beynəlxalq daşımalarda qonşu ölkə ilə sərhəd-keçid məntəqələrində mövcud çətinliklərin aradan qaldırılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması kimi məsələlər müzakirə olunub.
İranın informasiya-kommunikasiya texnologiyaları naziri ilə görüşdə isətelekommunikasiya, poçt, startap layihələrinin və startap ekosisteminin inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə mövzusu olub.
Dövlət strukturları proqramla təmin olunur
Digər mühüm bir əməkdaşlıq texnologiya sahəsində dünya lideri olan “Microsoft” şirkəti ilə qurulub. Bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) “Microsoft” şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub. Bundan əlavə, sazişin bağlanması zamanı “Microsoft” şirkəti tərəfindən təqdim olunan “Tələbə üstünlükləri” proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı əldə olunub.
Sözügedən sazişə əsasən, NRYTN və “Microsoft” dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi. “IDC (International Data Corporation)” şirkətinin 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan üzrə lisenziyasız proqram təminatından istifadədə əvvəlki illərə nisbətən azalma müşahidə olunub. Tələb olunan lisenziyaların əksər hissəsi isə, məhz “Microsoft” (Windows və Office) şirkətinin məhsullarıdır.
Adıçəkilən saziş nəticəsində əldə olunan lisenziyalı proqram təminatının dövlət qulluqçuları tərəfindən istifadə olunması informasiya sistemlərinin və şəxsi məlumatların beynəlxalq kiberhücumlardan qorunma səviyyəsini artıracaq. Təhsil müəssisələrinin lisenziyalaşdırılması isə tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində, özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin 3 il ərzində kəskin azalmasına gətirib çıxaracaq. Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.
Qeyd edək ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır. Mülkiyyət hüquqlarının qorunması ölkənin Rəqabətqabiliyyətlilik İndeksinin (Davos Ümumdünya İqtisadi Forumu) əsas komponentlərindən biridir. Bundan əlavə, Dünya Bankının «Ease of Doing Business» indeksi üzrə Azərbaycanın mövqeyinə müsbət təsir edəcək saziş, sahibkarlığın yaxşılaşdırılması üzrə görülən institusional tədbirlərə və ölkədə investisiya mühitinə də təkan verəcək. Layihənin operatoru qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC çıxış edəcək.
BMT-nin regional seminarı Bakıda
Xüsusi vurğulamaq lazımdır ki, artıq Azərbycan müasir texnologiyalar, informasiya cəmiyyəti və digər məsələlərlə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir müddət öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Biliklərə əsaslanan inkişaf üzrə İşçi Qrupunun 10-cu iclası və “Dayanıqlı İnkişaf Məqsədləri üzrə innovasiya siyasətləri, texnologiya tətbiqləri və infrastrukturu” mövzusunda potensialın artırılması üzrə regional seminarı keçirilib. İki gün davam edən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE) dəstəyi ilə baş tutub.
Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində innovasiya siyasətinin, texnoloji yeniliklərin tətbiqi, infrastrukturun genişləndirilməsi sahəsində bilik və faydalı təcrübə mübadiləsinin aparılması, regional əməkdaşlığın təşviqi məsələləri müzakirə edilir. Bu məqsədlə tədbirdə Mərkəzi Asiya İqtisadiyyatları üzrə İşçi Qrupunun (SPECA) üzv-dövlətlərinin rəsmiləri, BMT-nin qurumlarının nümayəndələri iştirak edirlər. Tədbiri nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açaraq qeyd edib ki, müasir dünyada davamlı inkişaf məqsədlərinə çatmaq üçün innovativ fəaliyyət mühüm əhəmiyyət kəsb edir. E. Vəlizadə bildirib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da innovasiyalar ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün prioritet vasitə hesab edilir.
“Azərbaycan Respublikasının Prezidenti bu ilin yanvarında Davos İqtisadi Forumunda çıxışında qeyd etmişdir ki, ölkənin gələcək inkişafı innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən asılı olacaqdır. Bu baxımdan Azərbaycanda innovativ fəaliyyətin inkişafı üçün tədbirlər həyata keçirilir. Burada təbii olaraq sosial sferada innovasiyaların tətbiq olunmasını təmin edən dövlətin innovasiya siyasəti ilk sırada durur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi məsələləri öz əksini tapıb”.
E.Vəlizadə yaxın gələcəkdə innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin işlənib hazırlanacağını bildirib.
Nazirliyin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov "Azərbaycanda davamlı inkişaf üçün innovasiya siyasəti və strategiyası" mövzusunda təqdimatla çıxış edib. Çıxışda Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün innovasiya siyasətinin əsas məqsədləri, "biliklər iqtisadiyyatı"nın təhlili, ölkədə innovasiyaların tətbiqi üçün mümkün ssenarilər haqqında məlumat verilib.
İclasda hazırda işlənilməkdə olan SPECA İnnovasiya Strategiyasının layihəsinin təqdimatı və müzakirəsi aparılıb, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının Şimali və Mərkəzi Asiya üzrə subregional ofisinin rəhbəri Hirohito Toda, BMT-nin Avropa İqtisadi Komissiyasının İnnovativ Siyasətin İnkişafı bölməsinin rəhbəri Anders Conson çıxış edib. Tədbirdə qeyd edilib ki, seminar 2009-cu ildən etibarən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial, eləcə də, Avropa İqtisadi komissiyaları tərəfindən təşkil olunur. Sonuncu iclas 2017-ci ildə Bişkek şəhərində keçirilib.
Z. MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır