Heminqueyin iki çap olunmayan hekayəsi nəşr olunacaq
Tarix: 23-10-2018 18:01 | Bölmə: Mədəniyyət
Heminqueyin iki çap olunmayan hekayəsi nəşr olunacaq

Yazıçı Ernest Heminqueyin əvvəllər çap olunmayan iki hekayəsi 2019-cu ildə nəşr olunacaq.

Reyting.az bildirir ki, bu barədə Associated Press agentliyinə müəllifin ədəbi irsinin sərəncamçı rəhbəri Maykl Katakis məlumat verib.

Onun sözlərinə görə, söhbət “Abidə” və “Hinduların ölkəsi və ağların ordusu” hekayələrindən gedir.

Heminqueyin 1950-ci illərdə yazdığı bu hekayələr “Zəng kimin üçün çalır” romanını tamamlayacaq.

Bunlardan əlavə, nəşrə bu ilin avqust ayında çap olunan “Bağ mənzərəli otaq” hekayəsi də daxil olacaq.

Məlumdur ki, Heminquey 1956-cı ildə 5 hekayə yazıb və burada İkinci dünya müharibəsində müxbir kimi iştirak təcrübəsidən bəhs edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}