14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin edildi
Tarix: 05-11-2018 18:58 | Bölmə: Mədəniyyət
Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin edildi

Cəlil Məlikov Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə rəis təyin edilib.

Reyting.az bildirir ki, Cəlil Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub.

1990-2000-ci illərdə 189 saylı məktəbdə təhsil alıb, 2004-cü ildə isə Bakı Dövlət Universitetini “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bitirib.

Cəlil Məlikov 2002-2004-cü illərdə “Space” müstəqil teleradio şirkətində rejissor, 2004-2005-ci illərdə “ABC Construction” şirkətində satış və marketinq üzrə menecer və 2005-2006-cı illərdə “Hyatt Regency Baku” mehmanxanasında müxtəlif vəzifələrdə işləyib.

2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində sektor müdiri və Nazirliyin Protokol sektorunun müdiri vəzifələrində çalışıb.

2018-ci ilin avqust ayında mədəniyyət nazirinin köməkçisi vəzifəsinə təyin edilib.

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin bundan əvvəlki rəhbəri Vüqar Zeynalov prezident İlham Əliyevin sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}