17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ankarada Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında kitabların təqdimatı keçirilib - Fotolar
Tarix: 09-11-2018 17:21 | Bölmə: Mədəniyyət
Ankarada Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında kitabların təqdimatı keçirilib

Ankarada “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbir Azərbaycanla bağlı sənədli filmin nümayişilə başlayıb.

Reyting.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib.

Ankarada Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında kitabların təqdimatı keçirilib

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və şərəfli yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki çətinliklər, o cümlədən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, o cümlədən Qara Qarayevin yubileyinin qeyd olunması dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndirilib

Ankarada Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında kitabların təqdimatı keçirilib

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.

Təqdimat mərasimi Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}