Güneydə azərbaycanlı müğənniyə oxumaq qadağası qoyulub
Tarix: 29-11-2018 22:19 | Bölmə: Mədəniyyət
Güneydə azərbaycanlı müğənniyə oxumaq qadağası qoyulub

Tanınmış azərbaycanlı müğənni Əli Purmehriyə “Traktor” futbol komandası üçün hazırladığı yeni mahnını oxumağa icazə verilməyib.

Müğənni bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

O bildirib ki, Tehran və digər şəhərlərdə konsertlərlə bağlı son qərarı verən Təmin Şurası “Traktor”un mahnısının Təbrizdə onun tərəfindən oxunmasına icazə verməyib:

“Bunun səbəbi yalnız özlərinə məlumdur. Mən də bir çox dostlar kimi bu məsələdən incidim. Bu mahnıya bir il vaxt qoymuşdum. Nəzərdə tutulan konsertə qədər səy göstərdim, lakin nəticə olmadı, hətta reklam afişalarımı yığışdırdılar”.

Purmehr qeyd edib ki, mahnını oxumaq üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, azərbaycanlı sənətkar İran təhlükəsizlik qüvvələrinin təzyiqindən sonra İnstaqramda yaydığı açıqlamanın mətnini dəyişdirməyə məcbur olub.(Kult.az)




Bölməyə aid digər xəbərlər