Məşhur aktyor həyatı ilə bağlı şok faktlar açıqladı - Fotolar
Tarix: 02-12-2018 13:13 | Bölmə: Mədəniyyət / Xəbər lenti
Məşhur aktyor həyatı ilə bağlı şok faktlar açıqladı

Ceki Çan fahişələrlə yatıb və sərxoşluq edib

Qızı bir qadınla nikaga girən Çin və amerikalı aktyor Ceki Çan özünün Never Grow Up (“Heç vaxt yaşlanma”) xatirələrində etirafları ilə hamını təəccübləndirib.

Reyting.az xarici mediaya istinadla bildirir ki, ulduz kitabda özünü “əsl yaramaz” adlandırır və “özünü qadınlara qarşı çox pis apardığnı” etiraf edib.

Bundan başqa, Çan söyləyib ki, fahişlərlə yatıb, tez-tez sükan arxasına içkili əyləşib və hətta bir dəfə səhər “Porshe”ni əzib, həmin gün axşam isə “Mercedes Benz” alıb.

Məşhur aktyor həyatı ilə bağlı şok faktlar açıqladı

Ceki Çan etiraf edib ki, ilk sevgilisi, Çanq adlı qıza qarşı özünü tamamilə pis aparıb. Aktyor özünü dəhşətli boyfrend adlandırıb və qeyd edib ki, Honkonqdan getmək, onunla vaxt keçirməmək üçün istənilən işi görüb. Əgər o evə gəlirdisə, orada Çanq olub, o dərhal kart oynamağa və dostları ilə içməyə gedib.

Ceki birinci həyat yoldaşı Joan Lindən pulunu gizlədib. Artist özünü paranoik adlandırır və yazır ki, ona yalnız onun pulu lazımdır. Bir müddət sonra ulduz Linə keçmiş “Miss Asiya” aktrisa Eleyn Nqla xəyanət edib.

Məşhur aktyor həyatı ilə bağlı şok faktlar açıqladı

Ceki Çanın etirafına görə, öz karyerasına o qədər başı qarışıb ki, ailəsinə zamanı güclə yetirdi, dava zamanı isə azyaşlı oğlunu divanın üstünə tullayıb.

O, yazır ki, bir dəfə güzgüdə özünə baxıb və deyib: “Hə, sən də yaramazsan” və öz davranışını dəyişməyə and içib.

Məşhur aktyor həyatı ilə bağlı şok faktlar açıqladı

İndi, üstündən neçə il keçəndən sonra, 64 yaşlı Ceki Çan etiraf edir ki, sadaladıqlarının hamısı özünü inamsızlıq və yetişməməsindən olub. Bununla belə, aktyor 2017-ci ilin oktyabr ayında kaminq-aut edən 19 yaşlı qızı Ettu U Çjopini bir dəfə adını çəkməyib. Qızın ailəsi onun seçimi ilə barışmır.

Məşhur aktyor həyatı ilə bağlı şok faktlar açıqladı

Etta və onun sevgilisi bu ilin may ayında video paylaşaraq qeyd ediblər ki, valideynləri homoseksuallıqlarından xəbər tutaraq onları evdən qovduqlarına görə küçədə yaşamağa məcburdurlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər