Afaq Bəşirqızı Rasim Balayevin ittihamlarına cavab verib
Tarix: 28-12-2018 23:19 | Bölmə: Mədəniyyət
Afaq Bəşirqızı Rasim Balayevin ittihamlarına cavab verib

Xalq artisti Afaq Bəşirqızı komediya filmlərini bəyənmədiyini deyən həmkarı Rasim Balayevin fikirlərinə münasibət bildirib.

Reyting.az
Publika.az-a istinadən xəbər verir ki, aktrisa Azərbaycan kinosunu yeni doğulmuş uşaq adlandırıb:

"Kino sahəsində çalışan hər kəs Azərbaycan Kinostudiyasının hazırda hansı vəziyyətdə olduğunu gözəl bilir. Odur ki, əsas mənbəni nəzərə almaq lazımdır. Keyfiyyətli filmlər harada və necə çəkilsin?

Kommersiya filmləri haqqında ümumi ictimai rəy kimi danışmaq mənim üçün çətin məsələdir. Hər halda o, kino sahəsini məndən qat-qat yaxşı bilir. Çünki Rasim bəy sırf kino aktyorudur. Yəqin ki, onun bu fikri bildirməkdə bir əsası var".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}