17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
Nurəddin Mehdixanlı: “Mübariz İbrahimovla bağlı bədii filmlərin çəkilməsi vacibdir” - Foto
Tarix: 05-01-2019 13:42 | Bölmə: Mədəniyyət
Nurəddin Mehdixanlı: “Mübariz İbrahimovla bağlı bədii filmlərin çəkilməsi vacibdir”

“Milli qəhrəmanlarımızla bağlı bədii filmlərin çəkilməsi olduqca vacibdir. Sevindiricidir ki, Türkiyədə çəkilən serialların əksəriyyətində Mübariz İbrahimovla bağlı informasiya var. Mən onlarla belə serial adı çəkə bilərəm ki, orada Mübarizin qəhrəmanlığı ilə bağlı məlumat verilir”.

Reyting.az
xəbər verir ki, bunu xalq artisti Nurəddin Mehdixanlı Moderator.az-a açıqlamasında deyib.

N. Mehdixanlı bildirib ki, hətta Türkiyədə Mübariz haqqında film çəkilib: “Təəssüf ki, dünyanı heyrətdə qoyacaq bizim real qəhrəmanımız ola-ola onun haqqında bədii film çəkib ortaya qoymamışıq. Mübariz İbrahimovla bağlı bədii filmlərin çəkilməsi vacibdir. Bu, yeni Mübarizlərin yetişməsi üçün zəruridir.

Nurəddin Mehdixanlı: “Mübariz İbrahimovla bağlı bədii filmlərin çəkilməsi vacibdir”

Mübariz İbrahimovun etdiyi qəhrəmanlığın real səmərəsini, bu qəhrəmanlığın ordumuza verdiyi mənəvi gücü 2016-cı ilin aprelində gördük. Əsgərlərimiz qorxmadan, cəsarətlə ölümün üstünə getdilər və buna görə də biz ərazilərimizin bir qismini işğaldan azad etdik”.

N. Mehdixanlı Türkiyədə Azərbaycan əsgərlərinin təbliği ilə bağlı atılan addımları yüksək qiymətləndirir: “Azərbaycanda da bu sahədə xeyli iş görülüb. Lakin bu işlərin miqyasını daha da genişləndirməliyik”.
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}