“Şəhid Şəhər” adlı müsabiqə başlayır
Tarix: 23-01-2019 21:45 | Bölmə: Mədəniyyət
“Şəhid Şəhər” adlı müsabiqə başlayır

Azərbaycan Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutmamaq üçün “Şəhid Şəhər” adlı Respublika Uşaq Rəsm müsabiqəsi elan olunur.


Reyting.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, müsabiqə iki turdan ibarətdir.

I turda uğur qazanmış əsərlər Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri müxtəlif mükafatlarla təltif olunacaqlar.

Müsabiqə barədə Xətai Sənət Mərkəzinin rəsmi “Facebook” səhifəsində məlumatlar yerləşdiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər (17 yaşa qədər) ad, soyad, təvəllüd, əlaqə nömrəsi, təhsil aldığı məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə hazırladığı üç ədəd əsərinin fotosunu 8 fevral 2019-cu il tarixinədək Xətai Sənət Mərkəzinə “Whatsapp” mobil tətbiqi vasitəsilə (Əlaqə nömrəsi: 051 310 74 01) göndərməlidir.

Qeyd edək ki, münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası və ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllim, valideyn və s.) olmaması və müsabiqə üçün yeni yaradılmış əsərlərin təqdim olunması tələb olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}