16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Film Festivalında “Çölçü” nümayiş olunub - Foto
Tarix: 29-01-2019 18:40 | Bölmə: Mədəniyyət
Film Festivalında “Çölçü” nümayiş olunub

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı çərçivəsində “Çölçü” filmi nümayiş olunub.

Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib.

Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atasının vəfatından sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşan festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

Film Festivalında “Çölçü” nümayiş olunub

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}