16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mədəniyyət işçiləri kurslara cəlb olunacaq
Tarix: 05-02-2019 15:05 | Bölmə: Mədəniyyət
Mədəniyyət işçiləri kurslara cəlb olunacaq

Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə kreativ səriştələrin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaqdır. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin keçirəcəyi təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcəkdir.

Reyting.az
Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, beynəlxalq təcrübəyə əsaslanacaq təlimlərdə müasir peşə təfəkkürü və kreativ səriştələrin mədəniyyət işçiləri tərəfindən mənimsənilməsi məsələləri prioritet təşkil edəcəkdir. Belə ki, nəzəri xarakter daşıyan materiallar dinləyicələrə kurslardan öncə təqdim olunacaq, tədris zamanı empirik biliklərə üstünlük veriləcəkdir.

Pilləli prinsip (level) əsasında təşkil olunacaq kurslar konkret mədəniyyət sahələri üzrə keçiriləcəkdir. Belə ki, çətinlik dərəcəsinə görə bir-birindən fərqlənən pillələr ilk növbədə əməkdaşların müasir peşə səriştələrinin formalaşmasına xidmət edəcəkdir.

Təlimlər mədəniyyət müəssisələri arasında təcrübə mübadiləsini, habelə, mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə regionlarla yanaşı respublikanın qabaqcıl mədəniyyət müəssisələrində də təşkil olunacaqdır.

Yeni formatda təşkil ediləcək təlimlərə cəlb ediləcək əməkdaşlar, Mədəniyyət Nazirliyi və Regional Mədəniyyət İdarələri ilə razılaşdırıldıqdan sonra mart ayından etibarən fəaliyyətə başlayacaqdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}