16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Ölülər” nazirin işinə yaradı - Prezidentə şikayət ləgiyəcək
Tarix: 24-05-2016 14:30 | Bölmə: Mədəniyyət / Xəbərlər

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurun mayın 24-nə təyin edilən mətbuat konfransı təxirə salınıb.

Reyting.az-ın xəbərinə görə, bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Əli Nur buna səbəb olaraq, mayın 24-nə "Ölülər” tamaşasının məşqinin salındığını deyib:

"Azər Paşa müəllim mənə dedi ki, sənin məşqin var, axşam isə həmin tamaşaya baxış keçiriləcək. Onu qoyub mətbuat konfransını neçə keçirə bilərsən?,-dedi. Mən də məcbur olub konfransı təxirə saldım. Əslində, tamaşa mayın 26-na planlaşdırılmışdı. Amma qəfildən tamaşanın vaxtını dəyişdilər. Məhz bu səbəbdən də, teatrdan çıxa bilmirəm. Odur ki, mətbuat konfransını başqa vaxt keçirəcəyəm”.

Ə.Nur keçirəcəyi mətbuat konfransının ümumi məzmunundan da danışıb: "10 ildir eyni sözü eşidirəm. 50 ilin sənətkarını Mədəniyyət və Turizm Nazirliyi "barmağına dolayıb”, məni uşaq yerinə qoyub. Bunlar məni adam saymır. İtə də mükafat verirlər, amma mənə yox. Adamı bu qədər təhqir edərlər? Toyuq hinində yaşayıram. 50 ildir ki, bunların ardınca aftafa gəzdirirəm”.
Qeyd edək ki, Ə.Nur mayın 24-də mətbuat konfransı keçirəcəyi ilə bağlı açıqlama vermişdi. Aktyor orada ona edilən haqsızlıqla bağlı prezidentə müraciət etməyi planlaşdırırdı.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}