Mədəniyyət Nazirliyi mətbuatla işini gücləndirəcək - Tədbir
Tarix: 28-02-2019 17:39 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi mətbuatla işini gücləndirəcək
Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədilə təlim-kurs keçirilib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova bildirib ki, təlim regional idarələrin ictimaiyyətlə əlaqələrinin, mətbuatla işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi daşıyır.

Təlimdə çıxış edən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev ölkəmizdə mədəniyyət sahəsinin idarə olunması istiqamətində Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirləri qeyd edib. Bildirib ki, nazirlik tərəfindən regionlarda çalışan əməkdaşların müxtəlif səhələrdə bilik və bacarıqlarının artırılması üçün səylər gücləndirilir, treninqlər, kurslar, seminarlar təşkil edilir.

A. Usubəliyev regional idarələrin saytlarının və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasına həsr olunmuş tədbirin əhəmiyyətini də vurğulayıb: “Keçirilən tədbirlərin, təşkil olunan konsertlərin KİV, eləcə də sosial şəbəkələr vasitəsilə daha çox insana çatdırılması olduqca vacibdir. Bunun üçün mədəniyyət sahəsində çalışan əməkdaşlar, xüsusilə bu sahəyə məsul olan şəxslər daha ciddi səylə çalışmalıdırlar”.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev regional mədəniyyət idarələrinin ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, idarələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, təşkil olunan tədbirlər barədə press-relizlər və məlumat bülletenlərinin daha peşəkar səviyyədə hazırlanmasını təmin etmək məqsədilə bu kimi təlim-kursların təşkil olunmasının əhəmiyyətini vurğulayıb. M. Həmzəyev hazırlanan xəbərin təşkil olunan tədbirin mövzusunu əhatə etməsi, yazı üslubu, faktlara diqqətlə yanaşılması, məlumatın konkretliyi, fotoların seçilməsi və digər bu kimi məsələlərə toxunub.

İlk olaraq Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə “Mədəniyyətin təbliğində müasir texnologiyalar” mövzusunda çıxış edib. Daha sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları Ceyhun Əhmədov “Məlumatların yayılması effektivliyinin təmin olunması məqsədilə sosial şəbəkələrin monitorinqinin aparılması”, Pərvanə Hüseynova “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələrin idarə edilməsi” və Nurəddin Babazadə “Sosial şəbəkələrdə məlumatların paylaşılma siyasəti” mövzularında çıxışlar edərək bu sahədə işin daha effektiv aparılması üçün diqqət edilməli olan məqamları qeyd etdilər.

Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, regional mədəniyyət idarələrin KİV-lə münasibətlərinin, ictimaiyyətlə əlaqələrinin, onların saytları və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasını da əhatə edəcək kurs iki gün davam edəcək.

Mədəniyyət Nazirliyi mətbuatla işini gücləndirəcəkMədəniyyət Nazirliyi mətbuatla işini gücləndirəcək

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}