17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rasim Balayev prezidentlə görüşə dəvət olunmamasından danışıb - Foto
Tarix: 02-03-2019 12:22 | Bölmə: Mədəniyyət
Rasim Balayev prezidentlə görüşə dəvət olunmamasından danışıb

“Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Reyting.az
-ın məlumatına görə, bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib.

Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil:

“Məni o görüşə dəvət etməmişdilər. Niyə etməmişdilər, bilmirəm. Açığı, bu barədə fikirləşmirəm də…

Mənim hökumətlə nə problemim olasıdır ki..? Keçən il “Şərəf” ordeni ilə təltif edilmişəm.

O görüşdə iştirak edənlərin necə seçildiyini bilmirəm. Siyahının Nazirlikdə, yoxsa Administrasiyada hazırlandığından məlumatım yoxdur.

Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Rasim Balayev prezidentlə görüşə dəvət olunmamasından danışıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}