“Unutmağa kimsə yox” pyesi səhnələşdirilib - Foto
Tarix: 05-03-2019 17:53 | Bölmə: Mədəniyyət
“Unutmağa kimsə yox” pyesi səhnələşdirilib

Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim olunub. Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin III kurs tələbələrinin hazırladıqları tamaşanın nümayişindən əvvəl çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Rafiq Əliyev bildirib ki, festivalda 9 gün ərzində 18 tamaşa təqdim olunacaq. Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.

“Teatr sənəti” fakültəsinin kurs rəhbəri, əməkdar artist Yaqut Paşazadə Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan festivalda tələbələrinin iştirakını əlamətdar hal kimi dəyərləndirib: “Bu münasibətlə mən bütün tələbələrimizi təbrik edirəm. Çünki peşəkar teatrlar, professional aktyorlarla bir müsabiqədə, eyni festivalda oynamaq artıq qələbədir. Bu qələbə münasibəti ilə tələbələrimizi təbrik edirəm. Festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə, Teatr Xadimləri İttifaqına təşəkkür edirəm. Tamaşanın müəllifi bu gün bizimlə bir yerdədir. Müəllifin qarşısında tamaşa oynamaq isə çox məsuliyyətlidir”

Daha sonra mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.

Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmmədovaya məxsusdur.

“Unutmağa kimsə yox” qəmli və həzin, sentimental və kədərli, oyunabənzər bir həyat kimi təqdim olunur. Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.

“Unutmağa kimsə yox” pyesi səhnələşdirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}