Nurəddin Mehdixanlı: “Mübariz İbrahimov, Fərid Əhmədov haqqında bu günə qədər 3-4 bədii film çəkilməliydi”
Tarix: 08-03-2019 15:52 | Bölmə: Mədəniyyət
Nurəddin Mehdixanlı: “Mübariz İbrahimov, Fərid Əhmədov haqqında bu günə qədər 3-4 bədii film çəkilməliydi”

Qarşıdan aprel döyüşlərinin növbəti ildönümü gəlir. Bu döyüşlər, onun əhəmiyyəti, habelə aprel döyüşlərində göstərilən qəhrəmanlıqlarla bağlı tamaşaların hazırlanması, filmlərin çəkilməsi, hərbi vətənpərvərlik ruhunun hazırki vəziyyətə uyğun aşılanması olduqca vacibdir. Bu məsələdə sənət adamlarının da üzərinə böyük məsuliyyət düşür.

Reyting.az
-ın məlumatına görə, Xalq artisti Nurəddin Mehdixanlı Moderator.az-a açıqlamasında bu məsələdə xeyli geri qaldığımızı deyib:

“Aprel döyüşləri ilə bağlı tamaşa və filmlərin hazırlanması vacibdir. Düzdür, bununla bağlı bizdə müəyyən sənədli filmlər çəkilir. Amma təəssüflər olsun ki, ciddi şəkildə hansısa pyes yazılmayıb ki, hansısa bir teatr onu götürsün və bu pyes əsasında tamaşa hazırlasın.

Mübariz İbrahimov, Fərid Əhmədov haqqında bu günə qədər 3-4 bədii film çəkilməliydi”.

N. Mehdixanlının sözlərinə görə, Türkiyə bu məsələdə bizə çox böyük nümunə göstərir: “Bu gün Türkiyədə Mübariz İbrahimov haqqında qısametrajlı bədii film, eləcə də sənədli film çəkilib. Biz öz qəhrəmanlarımıza dəyər verməyi bacarmalıyıq. Mübariz İbrahimov qəhrəmanlıq məktəbi yaradıb. Biz onun dəyərini verməliyik”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}