17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nəsimi poeziyasına fərqli yanaşmalar nümayiş olunacaq
Tarix: 09-04-2019 09:44 | Bölmə: Mədəniyyət
Nəsimi poeziyasına fərqli yanaşmalar nümayiş olunacaq

Bakı Uşaq Teatrının İmadəddin Nəsimiyə həsr etdiyi festivala sayılı günlər qalıb.

Reyting.az
-ın məlumatına görə, teatr özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşəcək üçüncü “Bizim teatr festival”ını Nəsimi ilinə həsr edəcək. “Nəsimi ili - Nəsimi dili” adlandırılacaq festivalın aprelin 12-13-də Aktyor Evində keçirilməsi nəzərdə tutulur.

Festivalda Bakı Uşaq Teatrı tam tərkibdə iştirak edəcək. Bununla yanaşı, tədbirin quruluşçu rejissoru, teatrın bədii rəhbəri-direktoru İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır.

Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompazisiyalar nümayiş etdirəcəklər. Təqdimatlarda əsasən Nəsimi poeziyasının nümunələrinə fərqli yanaşmalara və yozumlara diqqət ayrılacaq. Məqsəd teatrda çalışan hər kəsə öz yaradıcılıq imkanlarını nümayiş etdirməkdir.

Bundan başqa, müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub. Artıq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti çıxışla bağlı festivalın təşkilat komitəsinə müraciət ediblər və proqrama salınıblar. Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivala qonaq qismində qatılacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}