16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bir teatrda 8 tamaşa nümayiş olunacaq - Həftə ərzində
Tarix: 17-04-2019 08:44 | Bölmə: Mədəniyyət
Bir teatrda 8 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftə ərzində 8 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Reyting.az-a bildiriblər ki, aprelin 17-də saat 19:00-da "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), aprelin 19-da saat 19:00-da “Toya bir gün qalmış” (Ə. Səmədli), aprelin 20-də saat 19:00-da “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), aprelin 21-də saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) səhnə əsərləri təqdim olunacaq.

Balaca teatr həvəskarları aprelin 20-də saat 12:00-da “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts) musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 18 aprel saat 19:00-da “Silva” (İ. Kalman) əsəri böyüklər üçün, aprelin 19-da və 21-də saat 12:00-da “Qızıl cücə” (V. Ulanovski, V. Orlov) tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.

Bu həftə nümayiş olunacaq tamaşalarda teatrın sevimli aktyorları - Xalq artistlərimiz – Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova başda olmaqla, sənət ocağının bütün aktyorları iştirak edəcəklər.

Həftəni maraqlı və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}