Tanınmış sənətçilər Bakıya gəlir – Səbəb
Tarix: 08-06-2016 17:35 | Bölmə: Mədəniyyət / Xəbərlər


9-10 iyul 2016-cı il tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda "Sea Breeze” istirahət mərkəzində ilk dəfə "JARA” Beynəlxalq Musiqili Yay Festivalı keçiriləcək.

Reyting.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, festivalda Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir.

Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və "Russkoye Radio”nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduzlu qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var.

Festivalda həmçinin, Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı da nəzərdə tutulur.

Beynəlxalq "JARA” festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}