Kino Mərkəzində sosial aksiyalar davam edir
Tarix: 10-11-2015 20:31 | Bölmə: Mədəniyyət
Kino Mərkəzində sosial aksiyalar davam edir
07 noyabr tarixində Nizami Kino Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznində fəaliyyət göstərən Əlil və Qocalar Evinin sakinləri üçün dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan "Axırıncı dayanacaq” bədii filmini nümayiş etdirib.
İlqar Fəhminin ssenarisi əsasında rejissor Fikrət Əliyevin ironik komediya janrında çəkdiyi bu film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.
Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.
Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.
Filmdən sonra Əlil və Qocalar evinin direktoru Rəhnumə Cəfərova və təşkilatçı –könüllülər Nigar Bayramlı və Nurcan Baxşiyeva qocalar evinin sakinləri və öz adlarından kinomərkəzin əməkdaşlarına təşəkkürlərini bildirib və belə sosial aksiyaların mütəmadi keçirilməsini arzu ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}