Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq - Fotolar
Tarix: 12-07-2016 18:53 | Bölmə: Mədəniyyət


Azərbaycan Dövlət Musiqili Teatrı 106-ci mövsümünə bu həftəsonu - 17 iyul tarixində yekun vuracaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın yaradıcı heyətinin üzvləri bir sıra yerli və beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

Məlumatda qeyd edilir ki, 106-cı mövsümün bağlanış günü – 17 iyul saat 19.00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Xatırladaq ki, "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatına layiq görülüb. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Əliməmməd Novruzov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər. 








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}