11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
“Molla Nəsrəddinin beşinci arvadı” səhnəyə çıxır
Tarix: 20-09-2016 13:38 | Bölmə: Mədəniyyət


Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yeni hazılanacaq səhnə əsəri özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyasıdır.

Əsəri Azərbaycan dilinə tanınmış yazıçı Dilsuz Mustafayev tərcümə edib.

Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

"Tükdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslindəisə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur. Bu ədəbiyaşar obraz öz hazırcavablığı, hadisələrə yerində və operativ münasibəti, intəhasız, intellekual yumor hissi iləbütün dövrlərin müasiridir.

Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, çox mürdik münasibətini bildirir, öz heyrətamiz, sərrast yumoru ilə bizi valeh edir. Və... və ən əsası düşündürür, düşünməyə vadar edir. İlk baxışdan belə görünür ki, "Molla Nəsrəddinin beşinci arvadı” komediyasının çox sadə, adi süjet xətti var. Amma dərinliyinə varanda məlum olur ku, bu sadəliyin, adiliyin altında çox böyük mətləblər gizlənib. İstər teatrda, istərsə də kinoda indiyə qədər çoxlu Molla Nəsrəddinlər olub. Bizim tamaşamızın digərlərindən fərqi onda olacaq ki, biz hamının tanıdığı, bildiyi, amma heç kimin məhz o şəkildə, o "qiyafə”dəgörmədiyi Molla Nəsrəddini təqdim edəcəyik”, - deyə quruluşçu-rejissor Əsgər Əsgərov söyləyib.

Qeyd edək ki, 2016-cı ilin sonuna qədər premyerasının keçirilməsi planlaşdırılan "Molla Nəsrəddinin beşinci arvadı” tamaşasının quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi tərtibatçısı gənc bəstəkar Fərid Fətullayev, rejissor-assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov,Əkbər Əlizadə, Almaz Ələsgərova, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, RəsmiyyəNurməmmədova, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Aydan Həsənova, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Pərviz Məmmədov, Çaban Cəfərov, Fərid Rzayev ifa edəcəklər.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}