Mədəniyyət və Turizm Nazirliyinin şöbələrində struktur dəyişikliyi olacaq - Fotolar
Tarix: 05-10-2016 16:31 | Bölmə: Mədəniyyət

 

Yaxın gələcəkdə regionlarda işin daha səmərəli təşkili üçün mədəniyyət və turizm şöbələrinin strukturunda dəyişikliklər olacaq. 

Bu barədə Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsində turizmin mövcud vəziyyətinə, turizm rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirədə bildirilib.

Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq strukturlarının rəhbərləri, rekreasiya zonalarında yerləşən rayonların icra hakimiyyətlərinin nümayəndələri, bölgədəki turizm obyektlərinin sahibləri iştirak ediblər.

Toplantıda qeyd olunub ki, respublika üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkili nəzərdə tutulub.

Turizmin mövcud vəziyyəti, turizm rekreasiya zonalarının inkişafına həsr olunan növbəti müşavirə İsmayıllı rayonunda keçiriləcək.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}