17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Yaqub Zurufçunun qastrol səfəri başa çatıb - Fotolar
Tarix: 05-01-2017 13:42 | Bölmə: Mədəniyyət

Hər zaman ən böyük istək və amalı dogma Vətənimizin mədəniyyət və incəsənətini dünyanın hər yerində daha geniş təbliğ etmək olan, ötən ilin oktyabr ayının ortalarından başlayaraq Kanadada, daha sonra ABŞ-ın bir neçə şəhərində böyük konsert proqramı ilə musiqisevərlər qarşısında çıxış edən görkəmli sənətkarımız Yaqub Zurufçununn Latın Amerikası ölkələrinə iki aydan artıq davam edən qastrol səfəri böyük uğurla başa çatıb.

Yalnız Güney və Quzey Azərbaycanından olan soydaşlarımızın deyil, həm dəKanadanın Toronto, Amerikanın iri şəhərlərindən olan Los-Anceles, San-Fransisko, San-Dieqo vədigər şəhərlərində Azərbaycan mahnı və musiqisinə böyük maraq göstərən yerli tamaşaçılar qarşısında bəstəkarlarımızın populyar əsərlərini və xalq mahnılarını özünəməxsus yüksək ustalıqla ifa edən müğənninin konsertləri xalqımızın musiqisinə olan tamaşaçı, dinləyici məhəbbətini daha da artırmaqla hər yerdə alqışlarla, sevgi ilə qarşılanıb.

Özünün konsert proqramını adəti üzrəhər dəfə "Azərbaycan” mahnısı ilə başlayan müğənni dünya şöhrətli dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Sənsiz”, "Sevgili canan” romanslarını, onun şah əsərlərindən olan "Koroğlu” və "Arşın mal alan” operalarından ariyaları, həmçinin Asəf Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun əsərlərini və populyar xalq mahnıları ifa etmiş, ondan ayrılmaq istəməyən pərəstişkarlarından yekunda ayaq üstə alqışlarla, həm də vətən həsrəti-acısı ilə, göz yaşları ilə qarşılanan məşhur "Ayrılıq” mahnısı ilə ayrılıb.

Hər bir konserti onu sevən dinləyicilərlə xoş bir görüş fürsəti hesab edən Y.Zurufçu pərəstişkarlarına müsəlman Şərqinin ilk, dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə özünün hazırladığı mahnı albomunu bağışlayıb, avtoqraflar verib.

60 illik yubileyi iləbağlı dinləyicilərinə sənətkar hesabatı sayıla biləcək konsertlərdə müğənnini istedadlı gənc pianoçu Təhminə Sadıqova müşayiət edib.

Yaqub Zurufçu qastrol səfəri çərçivəsində Azərbaycanın ABŞ və Kanadada və yaşayan tanınmış, məşhur sənət adamları, çoxsaylı həmvətənlərimizlə də görüşmüş, Torontoda ilk dəfə fəaliyyətə başlayan Azərbaycan telekanalının – AzstarTV-nin təntənəli açılışında iştirak etmiş, soydaşlarımızın böyük sevincinəsəbəb olan, ölkəmizin tarixinin, bugünkü sürətli sosial-iqtisadi inkişafının təbliğini, Dağlıq Qarabağla bağlı problemlərin Kanada vətəndaşlarına düzgün, obyektiv olaraq çatdırılmasını qarşıya məqsəd qoymuş yeni telekanala müsahibə verib.

Rəhman ORXAN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}