12:41 / 17-10-2018
Sabahın hava proqnozu
20:23 / 16-10-2018
Paşinyan istefa verdi
Əbülfəs Qarayev daha bir neçə idarəyə rəis təyin edib - Siyahı
Tarix: 26-01-2017 12:55 | Bölmə: Mədəniyyət

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev daha bir neçə təyinata imza atıb.

Ə.Qarayevin müvafiq əmrlərinə əsasən, Ramiz Quliyev-Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov-Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev-Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev-Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quluyev-Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, nazirin dünənki əmri ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm idarələrinə də rəis təyinatı olmuşdu.

Belə ki, Vüqar Zeynalov-Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov-Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev-Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov-İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova-Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov-Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.





Bölməyə aid digər xəbərlər