“Azdrama”nın səhnəarxası qalmaqalı bitməyib - Etiraz
Tarix: 15-05-2017 12:42 | Bölmə: Mədəniyyət / Xəbərlər


Akademik Milli Dram Teatrında uzun zamandır başlayan qalmaqal bitmək bilmir.

Teatrdan qovulan Hikmət Rəhimov teatrın aktyor heyətini təhqir edib. "Azdrama”nın kollektivi isəhesab edir ki, onun bu təhqiri eyni zamanda mərhum sənətkar Vaqif İbrahimoğluya tuşlanır.

Teatrın aktyoru Mətləb Abdullayev isə "Reytinq”ə deyib ki, YUĞ Teatrının baş rejissoru, mərhum sənətkar Vaqif İbrahimoğlunun teatr sahəsində, cəmiyyətdə qazandığı böyük hörmətini onun işçiləri yerə vurub,əziyyətini itiriblər.

"Bir teatrın rəhbəri öz adamlarını başda otuzdurur, yaxşı və baş rolları onlara verir. Sən də haqsızlığa qarşı mübarizə aparanda deyirlər ki, pissən və haqsızsan. Niyə biz pis olmalıyıq? Gəlsinlər evimin içində məni döysünlər, söysünlər, mən də susum?”

Qeyd edək ki, Hikmət Rəhimov Akademik Milli Dram Teatrından uzaqlaşdırılarkənbəzi sənət adamları bu teatrın ünvanına "Çox şey itirdiniz”,- dedilər. M.Abdullayev isə deyir ki, H.Rəhimov Azərbaycan teatrında nadir tapıntı deyil ki, onun gedişinədə üzülək:

"Mənim bütün sənətkarlarla yaxın münasibətim var. Eləcə də xalq artisti Fuad Poladovla. O da bizim teatrda qonaq idi. Əvvəl Akademik Milli Dram Teatrında işləyib. Hazırda isəonun iş yeri Rus Dram Teatrıdır.

"Azdrama”da rolun yaxşısı-pisi yoxdur. Əsas odur ki, oynadığın rol akademik teatrın repertuarı vəonun səhnəsidir. Yəni, burdan kim, hansı aktyor gedirsə,biz ona ancaq "yaxşı yol” deyəbilərik. Kiməsə görə, kimsə işdən gedirsə, bu da onun seçimidir.

Hikmət Rəhimov Azərbaycan teatrında nadir tapıntı deyil ki, onun gedişinəüzülək. Eləonun bir ifadəsindən səviyyəsi aydın görünür.

150 yaşı olan bir teatrı və onun kollektivini təhqir etmək sıradan bir aktyora yaraşmaz. Sənin kiminlə problemin varsa, get, onunla həll elə, sözünü kişi kimi üzünə de. Yoxsa, kiməsə görə bu boyda kollektivi təhqir etmək ədəbsizlikdir.

Onun dediyi sözlərdən bu teatrın bütün kollektivinə pay düşür. Kim onun cavabını verər, kimsə də susarsa, bu onların haqqıdır. Amma onun bu sözü mənə pis təsir edib. Mənim işlədiyim teatrı heç kəs təhqir edə bilməz. Kimsə bu teatrı təhqir etsə, cavabını beş qat alacaq.

Hikmət düz deyir, onun yeri bura deyildi. Sən o teatrın səhnəsində bir-iki rol oynadın, amma burada illərini keçirən aktyorlar var. Getdin, "Azdrama” nə itirdi? Əksinə, biz qazandıq...”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}