17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Xocalı həsrəti" adlı tədbir göz yaşlarına səbəb oldu
Tarix: 25-02-2016 16:45 | Bölmə: Mədəniyyət


 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərdəkan Mədəniyyət Sarayı Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəz ilə bigə Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş "Xocalı həsrəti" adlı tədbir keçirib.

Tədbir Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvlərinin Xocalı faciəsini əks etdirən şəkillərindən tərtib olunmuş sərginin nümayişi ilə başlayıb.

Sonra Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı dəhşətlərini əks etdirən süjet təqdim olunub.

Uşaqların hazırladığı, 1992-ci ildə Xocalıda baş verən qanlı hadisələri əks etdirən kompozisiyada, şəhid olan oğlunun acısını çəkən ananın fəryadı tədbir iştirakçılarını və tamaşaçıların göz yaşlarına səbəb olub.

Tədbirdə Xəzər rayon icra hakimiyyətinin başçısı G.İslamov, millət vəkili R.Əliyev, Hüquq-mühafizə və inzibati orqanların səlahiyyətli nümayəndələri, qəsəbə sakinləri, elm, təhsil nümayəndələri və digər şəxslər iştirak ediblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}