11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Əməkdar artistin yubileyi qeyd olunub - Fotolar
Tarix: 05-10-2017 12:47 | Bölmə: Mədəniyyət
Əməkdar artistin yubileyi qeyd olunub

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Boris Qrafkinin 80 yaşı tamam olub.

Teatrın Mətbuat katibi Samir Sədaqətoğlunun Reyting.az-a verdiyi məlumata görə, təqribən 60 ildir ki, Musiqili Teatrın rus bölməsində aktyor və rejissor kimi fəaliyyət göstərən B.Qrafkinin 80 illik yubiley tədbirini açıq elan edən yubliyarın həmkarı, bir çox tamaşalarda tərəf-müqabili olan Əməkdar artist Svetlana Bulax B.Qrafkinin həyat və yaradıcılığı haqqında danışıb. S.Bulax aktyorun ifa etdiyi rolların həmişə tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə qarşılandığını xüsusi vurğulayıb. “Artıq 58-ci mövsümdür ki, Boris Fyodoroviç əziz Musiqili Teatrımızın səhnəsinə çıxır. Nəzərə alsaq ki, həm də onun hazırda 80 yaşı var, bu, hər aktyora nəsib olan hal deyil. Mən bütün kollektivimiz adından cənab Qrafkini yubileyi münasibərilə təbrik edir, ona uzun ömür, cansağlığı, bundan sonra da daha da gümrah olmağı arzulayıram”, - deyə S.Bulax bildirib.

Daha sonra B.Qrafkinin iştirakı ilə ünlü macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası tamaşaçılara təqdim olunub. Yubiliyar tamaşada əsas rollardan birini - Knyaz Volyapuk obrazını canlandırıb.
Əməkdar artistin yubileyi qeyd olunub
Əməkdar artistin yubileyi qeyd olunub
Əməkdar artistin yubileyi qeyd olunub
Əməkdar artistin yubileyi qeyd olunub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}