Xalq artisti “3 gün sizinlə” layihəsində çıxış edib - Fotolar
Tarix: 06-11-2017 14:16 | Bölmə: Mədəniyyət / Xəbərlər
Xalq artisti “3 gün sizinlə”  layihəsində çıxış edib

Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi uğurla davam edir.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun Reyting.az-a verdiyi məlumata görə, bu dəfə layihə çərçivəsində Xalq artisti Fatma Mahmudova 3 gün ard-arda tamaşaçılar qarşısına çıxıb. O, E.Sabitoğlu, C.Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R.Mirişli, M.Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı” musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.

Bu səhnə əsərlərində onun tərəfmüqabilləri Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gülnarə Əzizova, Səməd Xasıyev, Gültac Əlili, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Şaban Cəfərov, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqaları çıxış ediblər.

Hər üç tamaşa böyük uğurla keçib.

Xalq artisti “3 gün sizinlə”  layihəsində çıxış edib
Xalq artisti “3 gün sizinlə”  layihəsində çıxış edib
Xalq artisti “3 gün sizinlə”  layihəsində çıxış edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}