“Bakı Estrada Teatrı” yaradıldı, direktoru təyin edildi
Tarix: 17-03-2016 12:23 | Bölmə: Mədəniyyət


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin nəzdində "Bakı Estrada Teatrı” yaradılıb.

İdarənin müvafiq əmrinə əsasən Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru təyin edilib.

Qeyd edək ki, F.Əliyev – Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O, "SOY" prodakşnın hazırladığı "Səs verməyin" şousunun, ATV kanalında yayımlanan "Belə yaxşıdır " və "Tamamla" verilişlərinin ssenaristi, "Yeni Bakılılar" klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. "My name is Intiqam-1", "My name is Intiqam-2" , "Şər qarışanda" filmlərinin ideya və ssenari muəllifidir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}