16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tanınmış aktrisa xəstəxanaya yerləşdirilib
Tarix: 13-11-2017 08:55 | Bölmə: Mədəniyyət / Xəbərlər
Tanınmış aktrisa xəstəxanaya yerləşdirilib

Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər xəstəxanaya yerləşdirilib.

Reyting.az-ın xəbərinə görə, aktrisanın yaxınları milli.az-a deyiblər ki, Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırmış: “Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq. Bəzi İnstaqram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə, belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}