12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Azərbaycanın bu filmləri beynəlxalq mükafat qazanıb - Siyahı
Tarix: 29-12-2017 14:48 | Bölmə: Mədəniyyət
Azərbaycanın bu filmləri beynəlxalq mükafat qazanıb

Yeni il ərəfəsində kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və kino vasitəsi ilə milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması istiqamatində görülən işlərin nəticəsi olaraq filmlərimizin 2017-ci ildə beynəlxalq festivallarda iştirak siyahısı tərtib olunub.

Reyting.az saytı Mədəniyyət və Turizm Nazirliyinə istinadla həmin siyahını təqdim edir:

“Nar bağı” - rejissor İlqar Nəcəf, “Azərbaycanfilm”, 2017

Çexiya – Karlovy Vary Beynəlxalq Film Festivalı;

Qazaxıstan – “Avrasiya” Beynəlxalq Film Festivalı:

“Ən yaxşı kişi roluna görə” makafat;

“Münsiflər heyətinin xüsusi mükafatı”;

FIPRESCI (Beynəlxalq Kino Mətbuatı Federasiyası) tərəfindən “Xüsusi vurğulama” mükafatı.

Hollandiya – “Film by the Sea” Beynəlxalq Film Festivalı;

ABŞ – Asiya Dünya Film Festivalı;

ABŞ – 26-cı “Heartland” Film Festivalı;

Almaniya – Kottbus Film Festivalı;

Hindistan – 22-ci “Kerala” Beynəlxalq Film Festivalı;

Belarus – "Listapad" Minsk Beynəlxalq Film Festivalı:

“Ən yaxşı ssenari” mükafatı;

“Ən yaxşı aktyor” diplomu.

Estoniya – 21-ci "Qaranlıq Gecələr" (PÖFF) Film Festivalı;

Türkiyə – Malatya Beynəlxalq Film Festivalı:

"Ən yaxşı bədii film" mükafatı.

Türkiyə – 5-ci Antakya Beynəlxalq Film Festivalı:

“Ən yaxşı qadın roluna görə” mükafat.

Misir – 39-cu Qahirə Beynəlxalq Film Festivalı;

Avstraliya – Asiya və Sakit okean hövzəsi ölkələri Kino Akademiyası (APSA) mükafatının müsabiqəsi:

“Young Cinema Award” mükafatı.

“Qırmızı bağ” – rejissor Mirbala Səlimli, “Azərbaycanfilm”, 2015

Banqladeş – 15-ci Dəkkə Beynəlxalq Film Festivalı:

-“Ən yaxşı bədii film” mükafatı;

Türkiyə – Trabzon Beynəlxalq Film Festivalı:

- "Ən yaxşı qadın roluna görə" mükafat;

- "Ən yaxşı kişi roluna görə" mükafat;

- “Münsiflər heyətinin xüsusi mükafatı”.

Türkiyə – Alanya Beynəlxalq Film Festivalı (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində);

Bolqarıstan – 9-cu Sofia MENAR Film Festivalı;

Rusiya – 30-cu “NİKA” Rusiya milli kinematoqrafiya mükafatı müsabiqəsi;

Avstriya – “LET’S CEE” Beynəlxalq Film Festivalı;
Çin – 4-cü İpək Yolu Beynəlxalq Film Festivalı.

“İçəri Şəhər” – rejissor İlqar safat, “Azərbaycanfilm”, 2016

ABŞ – 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalı:

- “Ən yaxşı dram filmi” nominasiyasında “Qızıl Remi” mükafatı;

- “Ən yaxşı qadın rolu” mükafatı;

- “Ən yaxşı ikinci plan kişi rolu” mükafatı.

ABŞ – “SEE Fest” Beynəlxalq Film Festivalı;

Kayman adaları – Kayman Beynəlxalq Film Festivalı;

İspaniya – Madrid Beynəlxalq Film Festivalı;

Çin – 4-cü İpək Yolu Beynəlxalq Film Festivalı;

Hindistan – Pune Beynəlxalq Film Festivalı;

Hindistan – Yashwant Beynəlxalq Film Festivalı;

Hindistan – Benqaluru Beynəlxalq Film Festivalı;

Hindistan – Kozhikode Beynəlxalq Film Festivalı;

Hindistan – Kottayam Beynəlxalq Film Festivalı;

Hindistan – Nilambur Beynəlxalq Film Festivalı;

Türkiyə – Alanya Beynəlxalq Film Festivalı (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində).

“Çölçü” – rejissor Şamil Əliyev, “Azərbaycanfilm”, 2012

Kayman adaları – Kayman Beynəlxalq Film Festivalı;

Hindistan – Kəlküttə Beynəlxalq Kult Filmləri Festivalı;

- “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatı.

ABŞ – Çikaqo Beynəlxalq Art-haus Film Festivalı;

Türkiyə – Alanya Beynəlxalq Film Festivalı (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində).

“Dərs” – rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül, “Azərbaycanfilm”, 2015

Rusiya – 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalı:

- “Yeniyətmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom.

Rusiya – 11-ci “Səmimi qəlbdən” Beynəlxalq Ailə Filmləri Festivalı;

Banqladeş – 15-ci Dəkkə Beynəlxalq Film Festivalı;

Türkiyə – Trabzon Beynəlxalq Film Festivalı.

“Üçüncü günün adamı” – rejissor Babək Şirinsifət, “Azərbaycanfilm”, 2016

Kanada – Montreal Dünya Film Festivalı;

Misir – 39-cu Qahirə Beynəlxalq Film Festivalı;

Türkiyə – 5-ci Antakya Beynəlxalq Film Festivalı:

- “Ən yaxşı kişi roluna görə” mükafat.

“Qara bağ” – rejissor Amil Məmiyev, “Azərbaycanfilm”, 2014

Türkiyə – “Hak-İŞ” Beynəlxalq Qısametrajlı Filmlər Festivalı:

- “Ən yaxşı bədii film” mükafatı;

- “Ən yaxşı kişi aktyor” mükafatı.

"Həddən artıq uyğunluq" – rejissor Ülviyyə Könül, “Azərbaycanfilm”, 2016

Hindistan – 6-cı Dehli beynəlxalq Film Festivalı;

Türkiyə – Alanya Beynəlxalq Film Festivalı (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində).

“Hədiyyə” – rejissor Emin Əfəndiyev, “Azərbaycanfilm”, 2015

İtaliya – “Corti a Sud – Polla in Corto” Beynəlxalq Qısametrajlı Film Festivalı.
“Qonşu qadın” – rejissor Anar Abbasov, “Azərbaycanfilm”, 2015

Bolqarıstan – 9-cu Sofia MENAR Film Festivalı.

“Kədərim” – rejissor Rüfət Həsənov, “Azərbaycanfilm”, 2015

Bolqarıstan – 9-cu Sofia MENAR Film Festivalı.

“Yuxarıda və aşağıda” – rejissor Teymur İsmayılov, “Azərbaycanfilm”, 2015

Bolqarıstan – 9-cu Sofia MENAR Film Festivalı.

“Dmitrov küçəsi 86” – rejissor Cəfər Axundzadə, “Azərbaycanfilm”, 2015

Bolqarıstan – 9-cu Sofia MENAR Film Festivalı.

Göründüyü kimi, son bir neçə ildə çəkilmiş Azərbaycan filmləri 2017-ci il ərzində dünyanın 5 qitəsini əhatə edən 20 ölkədə keçirilmiş 38 beynəlxalq kino festivalında 51 dəfə iştirak edərək 20 mükafat qazanıb.




Bölməyə aid digər xəbərlər