Aktyorlar mükafata layiq görülüb - Fotolar
Tarix: 31-01-2018 23:30 | Bölmə: Mədəniyyət
Aktyorlar mükafata layiq görülüb

Bu yaxınlarda Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən "Azerbaijan Best Awards" (ABA) mərasimində 2017-ci ildə yaradıcılıq fəaliyyətləri ilə fərqlənən incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunub.

Reyting.az
-a verilən məlumata görə, tədbirdə Musiqili Teatrın iki aktyoru – sevimli gülüş ustası, Əməkdar artist Çingiz Əhmədov “Ən yaxşı aktyor”, gənc olmasına baxmayaraq kifayət qədər tanınan Nicat Əli "İlin ən populyar televiziya serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

Aktyorlar mükafata layiq görülüb

Sevimli aktyor Çingiz Əhmədov belə bir mötəbər mərasimində onun əməyinə verilən qiymətə görə layihənin rəhbərinə minnətdarlığını bildirib.

Aktyorlar mükafata layiq görülüb

Əli Nicat da sevincini gizlətməyib: "İstər teatrda, istərsə də kinoda əməyimizə verilən qiymət bizi yaradıcılığa daha da ruhlandırır. Çalışacağam ki, bundan sonra da uğurlarımız çox olsun”.
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}