10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
Tanınmış müğənnilər Novruz şənliyinə hazırlaşır
Tarix: 07-03-2018 11:33 | Bölmə: Mədəniyyət
Tanınmış müğənnilər Novruz şənliyinə hazırlaşır

Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı tanınmış müğənnilər də iştirak edəcəklər.

Reyting.az Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkalıq nümunələrini də yaxından tanımaq imkanı qazanacaqlar.

Meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq ki, qonaqlar bayram əhvalını tam mənasında yaşaya bilsinlər.

Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər