Teatr hərbi hissələr üçün "Bahar çələngi” hazırlayıb » Reyting.az
Teatr hərbi hissələr üçün "Bahar çələngi” hazırlayıb
Tarix: 12-03-2018 20:29 | Bölmə: Mədəniyyət
Teatr hərbi hissələr üçün "Bahar çələngi” hazırlayıb

Füzuli Dövlət Dram teatrı novruz bayramına həsr olunmuş "Bahar çələngi” adlı şou-proqrama start verib.

Reyting.az
xəbər verir ki, 12 mart 2018-cil il tarixindən etibarən rayonun kənd və qəsəbələrində çıxışlar olur. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan və teatrın baş rejissoru Asif Şirinovun quruluş verdiyi şou proqramının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Teatr hər il olduğu kimi bu ildə bayram ərəfəsində rayonun kənd və qəsəbələrində, "N” saylı hərbi hissələrdə silsilə bayram proqramı ilə çıxış edəcək.




Bölməyə aid digər xəbərlər