23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
BMAM birgə tədbirlər planlaşdırır - Fotolar
Tarix: 15-03-2018 11:53 | Bölmə: Mədəniyyət / Xəbərlər
BMAM birgə tədbirlər planlaşdırır

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Ahmed Sami Elaydi Mərkəzin sədri, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovun rəhbərliyi ilə baş tutan görüşdən məmnunluğunu ifadə edib.

Görüşdə qonaqlarla dostluq və qardaşlıq münasibətlərindən danışan səfirlik rəsmisi Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən bəhs edib.

Rufiz Qonaqov Azərbaycanın inkişafı və bu istiqamətdə bütün sahələrdə aparılan dövlət islahatlarından söhbət açıb. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və təhlükəsizlik məsələlərinə diqqətə çəkib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Ahmed Sami Elaydi ilə söhbəti zamanı Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçki prossesləri ilə bağlı geniş məlumat verib.

R. Qonaqov iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək Azərbaycan-Misir əlaqələrindəki möhkəm təməllərə nəzər salıb. O, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə də toxunub. Xüsusən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə Azərbaycanda və Misirdə müxtəlif tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Ahmed Sami Elaydi öz növbəsində bu tədbirlərin birgə təşkil olunacağından məmnunluğunu vurğulayıb. Azərbaycan Misir əlaqələrinin genişləndirilməsi istiqamətində belə mühüm işlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın çox yüksək səviyyədə inkişaf etmiş bir ölkə olduğunu və Misirin Azərbaycanla əlaqələrdə hər zaman maraqlı olduğunu bildirib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri misirli jurnalistlərin Cocuq Mərcanlı kəndinə səfər etdiyini, burada yaradılan yüksək həyat şəraiti ilə tanış olduqlarını qeyd edib.

Görüşün sonunda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyini Misir Mədəniyyət Mərkəzi ilə tanış edib.

BMAM birgə tədbirlər planlaşdırır
BMAM birgə tədbirlər planlaşdırır
BMAM birgə tədbirlər planlaşdırır

BMAM Mətbuat katibi Aysel Abbasova




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}