12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Uşaqlar üçün kitab sərgisi keçirilir - Fotolar
Tarix: 02-04-2018 20:59 | Bölmə: Mədəniyyət
Uşaqlar üçün kitab sərgisi keçirilir

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş X Uşaq kitab sərgisi keçirilib. Tədbirdə, uşaq yazarlarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, Elvira Məmmədli, Misir Təhsil və Mədəniyyət Mərkəzinin rəhbəri Dr.Əhməd Sami Elaydi, pedaqoqlar, oxucular, 8 və 134 saylı məktəbin şagirdləri və digərləri iştirak ediblər.

Reyting.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatından son illərdə nəşr olunan 600-dən çox kitab sərgilənib.

Kitabxananın direktoru Ş.Qəmbərova tədbir iştirakçılarına yazıçıları təqdim edib.

Sonra uşaq yazarı, professor Zahid Xəlil öz çıxışında kitabın insan həyatında, xüsusilə uşaqların inkişafında önəmindən daşıb.

Daha sonra tədbir, məktəblilərin təqdimatında H.Andersen nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiya ilə davam etdirilib.

Tədbir iştirakçıları kitab sərgisi ilə də tanış olublar.


Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını və mütaliə təlabatını reallaşdırmaqdır.

Sərgi, 2- 5 aprel tarixinədək davam edəcək.

Uşaqlar üçün kitab sərgisi keçirilir
Uşaqlar üçün kitab sərgisi keçirilir
Uşaqlar üçün kitab sərgisi keçirilir




Bölməyə aid digər xəbərlər