10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
Fuad Poladova görə teatrda qalmaqal olub
Tarix: 07-05-2018 17:49 | Bölmə: Mədəniyyət / Xəbər lenti
Fuad Poladova görə teatrda qalmaqal olub

Aktyor Fuad Poladovun dəfn günündə, "Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.


Teatrdan adının açıqlanmasını istəməyən şəxsin Kulis.az-a verdiyi məlumata görə, gərginlik tamaşanın ardınca təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.

Teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, "Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.

Teatr məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu