İsveçli diplomat “Arşın mal alan”dan zövq alıb
Tarix: 08-05-2018 14:44 | Bölmə: Mədəniyyət / Xəbər lenti
İsveçli diplomat “Arşın mal alan”dan zövq alıb

Bu yaxınlarda İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Kristian Kamill Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Teatrının direktoru Əliqismət Lalayev tərəfindən səmimi qarşılanan qonaq bu sənət ocağında ona göstərilən diqqətə görə Teatrın rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.

Teatrdan Reyting.az-a verilən məlumata görə, K. Kamill məktubunda Azərbaycan Dövlət Musiqili teatrının rəhbərliyinə dəvətə görə təşəkkür edib, səmimi qarşılandığı üçün minnətdarlığını bildirib.

K. Kamillin imzaladığı təşəkkür məktubunda daha sonra qeyd olunur:

“Musiqili Teatrda nümayiş olunan Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası bizə böyük zövq verdi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər