Teatrda müqəssir axtarırlar » Reyting.az
Teatrda müqəssir axtarırlar - Fotolar
Tarix: 22-05-2018 17:22 | Bölmə: Mədəniyyət
Teatrda müqəssir axtarırlar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümün sonuna yaxın daha bir yeni tamaşa ilə çıxış edəcək. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşası iyunun 12-də tamaşaçıların ixtiyarına veriləcək. Premyera Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutacaq.


Teatrdan Reyting.az-a verilən məlumata görə, tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Qeyd edək ki, tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 saylı orta məktəbdə keçirilib.

Teatrda müqəssir axtarırlar
Teatrda müqəssir axtarırlar
Teatrda müqəssir axtarırlar




Bölməyə aid digər xəbərlər