Xalq artisti direktor vəzifəsindən istefa verib » Reyting.az
Xalq artisti direktor vəzifəsindən istefa verib - Qalmaqal
Tarix: 11-06-2018 17:59 | Bölmə: Mədəniyyət / Xəbər lenti
Xalq artisti direktor vəzifəsindən istefa verib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.

Neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub.

İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.

Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu.

Reyting.az-ın məlumatına görə, ölkə.az-ın əməkdaşı məsələylə bağlı S.Cəfərovla əlaqə saxlasa da, Xalq artisti bu barədə danışmaq istəmədiyini bildirib.




Bölməyə aid digər xəbərlər