Xalq artistinin səhhəti yenidən pisləşib
Tarix: 25-06-2018 21:44 | Bölmə: Mədəniyyət / Xəbər lenti
Xalq artistinin səhhəti yenidən pisləşib

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib.

Reyting.az xəbər verir ki, Azvision.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib.

"Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, - deyə Xasıyeva bildirib.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.




Bölməyə aid digər xəbərlər